Fimoz

  • Müəllif: elnare
  • Tarix: 8 yanvar 2017
  • Baxış sayı: 3 709
  • 0 rəy

Fimoz pülüyün xarici dəliyinin dar olmasıdır. Fimoz zamanı pülük geri çəkilmədiyi üçün cinsiyyət orqanının başı görünmür. Xəstəlik anadangəlmə və qazanılma olur. Anadangəlmə fimozlarda uşaqlarda siyimə aktı tam mümkün olmur, yaxud sidik ifrazı çətinləşir və bu zaman uşaqlar sidiyə çıxanda ağlayırlar. Pülüyün xarici dəliyinin həddindən çox dar olması və onun tam tutlması bəzən pülük dərisi ilə cinsiyyət orqanının başı arasında yığılan pülük dərisi ifrazatı-smeqmanın miqdarı artır. Bəzən smeqma daşlaşır, iltihablaşır. İltihablaşma artarsa balanopostit baş verə bilər. Müstəqil inkişaf edən balanopostit əksər hallarda ikincili fimoza səbəb olur. Fimoz zamanı sidiyin normal xaric olması prosesi pozulur, sidik kanalı və sidik kisəsi genişlənir, sidik kisəsinin atoniyası baş verir. Xəstəlik vaxtında müalicə olunmasa pielonefritə səbəb ola bilir.
MÜZLİCƏSİ:  Yüngül gedişli fimozlar zamanı pülüyün xarici dəliyi genişləndirilir, onun daxili qatı antiseptiklə yuyulur, qurudulur və antiseptik  məlhəm çəkilir. Genişləndirmə mümkün olmadıqda həlqəvari kəsiklə pülük dərisi götürülür və radikal cərrahi əməliyyat aparılır. Qanaxma saxlanılır, pülüyün daxili qatı ilə xarici qatı bir – birinə nazik ketqut ilə tikilir. Cərrahi əməliyyat bir yaşına qədər uşaqlarda anestiyasız, 1-7 yaşına qədər uşaqlarda narkozla, daha böyük uşaqlarda və yaşlılarda yerli novokain anesteziyası ilə aparılır.
Bəzən xəstələr pülük dərisinin xarici dəliyinin dar olduğu zaman geri çəkilir. Belə geri çəkilmiş pülük dərisi cinsiyyət orqanının başını həlqəvari sıxır. Sıxıldıqda isə cinsiyyət orqanının başında qan və limfa dövranı pozulur, o şişir və bu hal parafimoz adlanır. Xəstəlik artarsa ödem hətta cinsiyyət orqanının sıxılmasına və nekroza səbəb ola bilər. Həmçinin uretranın da sıxılması baş verdiyi üçün siyimə aktı mümkün olmur, ağrı meydana çıxır. Bu vəziyyətdə xəstəyə təcili yardım göstərmək lazımdır. Xəstəyə təcili yardım göstərmək məqsədilə ələ əlcək geyinib, pülük dərisini vazilenləyib, sonra pülük halqasını arxadan önə çəkmək lazəmdır. Pülük öz yerinə qayıtdıqdan sonra şişkinlik azalır. Pülüyün yerinə qaytarılması mümkün olmadıqda şişkinlikdən arxada dəri novakainlə anesteziya olunur, kəsik aparılaraq pülük yürinə qaytarılır.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Fimoz" haqqında müzakirə