Mineral sular dərmandır, yoxsa zəhər?

  • Müəllif: elnare
  • Tarix: 28 dekabr 2016
  • Baxış sayı: 3 377
  • 0 rəy

Mineral sular dərmandır, yoxsa zəhər?
Mütəxəssislər əksər Avropa ölkələrində mineral sulardan hər gün süfrədə istifadə edildiyini və bunun orqanizm üçün faydalı olduğunu söyləyirlər. Belə ki, mineral suların tərkibində olan minerallar orqanizm üçün faydalı hesab edilir. İlk dəfə mineral suların ixracı Karlovı Varı mineral sularının şüşələrə doldurularaq müxtəlif ölkələrə satışı ilə başlyıb. Həmin şəhərin mineral suyunun böyrəklər üçün nə qədər faydalı olduğunu isə bütün dünya tanıyır.
Mineral suların istifadəsinə nə qədər erkən yaşlardan başlanarsa, bir o qədər orqanizm üçün faydalı olar. Hər səhər acqarına 1 stəkan mineral su içmək insanın gün ərzində fəaliyyətinə stumul verir. Belə ki, səhərlər mineral su qəbul edən adam gün boyu fəaliyyətindən asılı olmayaraq gümrah olur. Mineral suların orqanizmə aşağıdakı faydaları vardır:
– böyrək daşlarının tökülməsinə yardım edir və əmələ gəlməsini ləngidir
– qaraciyər daxili öd axalarını, öd kisəsini təmizləyir
– dəridəki solğunluğu aradan qaldırır
– orqanizmin minerallara olan təlabatını ödəyir.
Sözsüz ki, yuxarıda sadalananlar təbii mineral sularına aiddir. Belə ki, mənbəyi bəlli olmayan və keyfiyyətsiz sexlərdə şüşələrə doldurulan mineral sular sizin üçün fayda əvəzinə zəhərə çevrilə bilər.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Mineral sular dərmandır, yoxsa zəhər?" haqqında müzakirə