Əzələ kütləsini artıran qidalar


Baxış sayı: 1 566     Bölmə: Məqalələr / Xəstəliklər / Sağlam qida

 

1. Yumurta. Böyük miqdarda zülal ehtiyatlarına malikdir. Vitaminlər, sink, dəmir və kalsiy ilə zəngindir. Yumurtadakı bütün bu xüsusiyyətlər onu əzələ kütləsini artırmaq üçün ən mühüm və balanslaşdırılmış ərzağa çevirir.

  2. Toyuq filesi. 100 qram toyuq ətinın tərkibində 30 qram zülal mövcuddur. Toyuq filesinin digər özəlliyi isə onu müxtəlif xörəklərdə, cürbəcür dadlarda hazırlana bilməsidir.

  3. Su. Baxmayaraq ki, su qida deyil, amma əzələ toxumasının 75%-ni təşkil edir. Gün ərzində lazımi miqdarda su qəbulu enerjiləri bərpa edir, həzm sistemini normallaşdırır, hansı ki, bu amillər əzələlərin düzgün inkişafına səbəb olur.

  4. Balıq yağı. Balıq yağı – ağır məşqlərdən sonra orqanizmin bərpa olunmasına yardım edir. Bu isə məşqlərin intensivliyini artırmağa imkan verir. Bundan əlavə, balıq yağı maddələr mübadiləsini sürətləndirir.

  5. Mal əti. Mal əti – keyfiyyətli zülalın əla mənbəyidir. Tərkibində çoxlu miqdarda A, E vitamini var.

  6. Hinduşka əti. Hinduşka əti də həmçinin, çoxlu miqdarda zülal və 11 vitamini özündə birləşdirir.

  7. Qarabaşaq (qreçka) . 100 qram qarabaşaq bioloji dəyəri 90% olan 18 qram protein təşkil edir.

  8. Yulaf yarması. Yulaf yarması – zülal, minerallar, vitaminlər və sellüloza ilə zəngindir. Yulaf yarmasının digər özəlliyi isə onun  tərkibində gec həzm olunan zülalların, elementlərin mövcud olmasıdır. Bu isə özü-özlüyündə gün ərzində tox qalmağımıza yardım edir.

  9. Qızılbalıq. Qızılbalıq – zülal və omeqa -3 yağlarının ideal və ən güclü mənbəyidir. Bu keyfiyyətlər isə əzələ kütləsinin sürətli inkişafına, artmasına səbəb olur.

10. Şor. Nəinki idmançılar, həmçinin sağlam qidalanmaya üstünlük verən insanların gündəlik qida rasionunda şor olmalıdır. 100 qram şorun tərkibində 28 qram təmiz zülal var. Şorun digər üstünlüyü isə onun tərkibində eyni zamanda həm asan, həm də çətin həzm olunan zülalların olmasıdır.

скачать dle 11.1смотреть фильмы бесплатно

http://immunitet.az/
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir!

"Əzələ kütləsini artıran qidalar" məqaləsini sosial şəbəkələrdə paylaş

loading...

"Əzələ kütləsini artıran qidalar" məqaləsinə komment yazmaq

Sağlam həyat təzi sürmək insanın immunitetini yüksəldir və xəstəliklərdən uzaq edir.
Ən son tibbi məqalələri yalnız bizim portaldan oxuya bilərsiz. Müasir müalicə üsulları ilə bir çox xəstəliklərin sağaldılmasına kömək edirik.
Sayt Azərbaycan Həkimləri tərəfindən tərtib edilib, bütün hüquqlar qorunur.