İkiləşmiş uşaqlıq və uşaqlıq yolu


Baxış sayı: 235     Bölmə: Məqalələr / Qadın xəstəlikləri

İkiləşmiş uşaqlıq və uşaqlıq yolu.
Bu patologiya mezodermal axarların düzgün olmayan bitişməsi zamanı əmələ gəlir. Bu üzvlərin ikiləşməsi uşaqlıq boşluğu və ya uşaqlıq yolunun olmaması ilə birlikdə baş verə bilər. Qüsurun ən kəskin ifadə olunmuş forması isə uşaqlıq və uşaqlıq yolunun ikiləşməsidir. Bu zaman çanaq boşluğunda iki uşaqlıq olur. Bu zaman hər uşaqlığın bir yumurtalığı və bir borusu olur. Ancaq bəzi hallarda uşaqlıq və uşaqlıq yolunun ikiləşməsinə rast gəlinir ki, bu zaman hər iki yarıq sıx əlaqədə olur.
Bəzi hallarda uşaqlıq və uşaqlıq yolunun bitişməsi (ikibuynuz uşaqlıq) uşaqlıq cisminin ayrılması ilə mümkün olur.
İkiləşmə zamanı hamiləlik mümkün olur, lakin əksər hallarda uşaqlıqdan kənar hamiləlik tipinə keçir. Bu buynuzların birinin rudimentar olması ilə əlaqədar olur. Bu zaman buynuzun biri cərrahi müdaxilə ilə alınır.
Klinik mənzərə:
Patologiya simptomsuz keçir. Bu zaman cinsi həyat mümkün olur, hamiləlik uşaqlıq boşluqlarından birində baş verir, hətta özbaşına doğuş da mümkün olur. Hamiləlik bir boşluqda inkişaf etdikcə, digər boşluqda desidual örtük əmələ gəlir. Amma abort zamanı hər iki uşaqlığın boşluğunu qaşımaq tələb olunur.
Diaqnoz:
Patologiyaya diaqnoz ginekoloji və əlavə müayinə metodları ilə həyata keçirilir.
Müalicə:
Simptomlar olmadıqda müalicə tələb olunmur. Qan yığıldığı zaman boşluğu yırtmaq lazım gəlir. Hamiləliyin ilkin saxlana bilməsi və ya sonsuzluq zamanı, cərrahi üsullardan istifadə edərək iki uşaqlıq cismindən birini yaradırlar.скачать dle 11.1смотреть фильмы бесплатно

http://immunitet.az/
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir!
Paylaş
loading...

Sağlam həyat təzi sürmək insanın immunitetini yüksəldir və xəstəliklərdən uzaq edir.
Ən son tibbi məqalələri yalnız bizim portaldan oxuya bilərsiz. Müasir müalicə üsulları ilə bir çox xəstəliklərin sağaldılmasına kömək edirik.
Sayt Azərbaycan Həkimləri tərəfindən tərtib edilib, bütün hüquqlar qorunur.