Şizofreniya.

  • Müəllif: elnare
  • Tarix: 14 yanvar 2017
  • Baxış sayı: 4 176
  • 0 rəy

 ŞİZOFRENİYA

Şizofreniya düşüncə və davranışlarda önəmli pozğunluqlarla özünü göstərən
psixi pozöunluqdur. Xəstəliyin əmələ gəlmə səbəbi bəlli deyil. Bu xəstəliyin adı belə insanları qorxudur. Şizofreniya xəstəliyi xroniki xəstəlikdir. Xəstəlik 3 mərhələdən ibarətdir:
– prodromal
– kəskin
– zəifləmə
Birinci mərhələdə xəstələrdə tez-tez baş verən gərginlik hissi, qəzəb püskürən davranışlar meydana çıxır. Bu mərhələ günlərlə, aylarla davam edir.
İkinci mərhələ insanların əslində mövcud olmayan insan və varlıqları görməsidir. Belə hallar xəstələrdə çaşdırıcı və aldadıcı düşüncələrin formalaşmasına səbəb olur. Xəstəliyin simptomları ağırlaşanda xəstələr psixi epizodlar görürlər. Belə olan halda xəstələri xəstəxanaya yerləşdirmək lazımdır.
Çünki bu dövrdə şizofreniya xəstələri özləri haqda qərar qəbul edə bilmirlər.
Zəifləmə və ya residiv dövrü 4-8 həftə keçən kəskinləşmə dövründən sonra başlayır. Bu dövrdə siptomlar zəifləyir və həyat normala dönür. Xəstəlik əsasən 15-20 yaş arası adamlarda müşayət olunur. Ailəsində şizofrenik olan insanlarda xəstəliyin əmələgəlmə riski yüksəkdir.
Xəstəliyin simptomları: Xəstələr həyəcanlı olurlar, onlara elə gəlir ki, onlar məşhurdurlar və onları kim isə izləyir. Xəstələr həmişə yalan ideyalar uydururlar, həqiqətdə mövcud olmayan nəyisə görür, nəyisə hiss edir, nəyisə dadırlar. Bu zaman şizofrenik xəstələr onlara kiminsə əmr etdiyini və uydurma səslər eşitdiklərini deyirlər.
Xəstələrdə social geriləmə, insanlardan uzaqlaşma, həyatdan zövq almamaq, öz işinə laqeydlik, xarici ğörünüşə önəm verməmək, baxımsızlıq halları olur.
Xəstəliyin müalicəsinin 4 mühüm növü vardir:
Dərman müalicəsi, psixo müalicə,  psixo – məlumatlandırma, ailə dəstəyi.
Xəstələrə neyroleptik dərmanlar, psizoterapevtik müalicə tətbiq olur.

Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Şizofreniya." haqqında müzakirə