Damağın selikli qişasının xərçəngi.


Baxış sayı: 188     Bölmə: Məqalələr / Xəstəliklər / Onkoloji xəstəliklər

 
Damağın selikli qişasının xərçəngi.
Damaq anatomik olaraq iki yerə bölünür-sərt damaq və yumşaq damaq. Bu nahiyənin şişləridə  anatomik quruluşa görə iki yerə bolünür:
1. Sərt damaq şişləri.
Sərt damağın selikli qişasında tez-tez kiçik tüpürcək vəzi mənşəli bədxassəli şişlər inkişaf edir(adenokistoz karsinoma-silindroma,adenokarsinoma). Bəzən bu nahiyədə qarışıq şişlər müşahidə olunur, hətta histoloq belə diferensial diaqnostikada çətinlik çəkir(polimorf adenoma). Sıx hüceyrəli karsinoma nadir hallarda müşahidə olunur.
2. Yumşaq damaq şişləri.
Yumşaq damaqda isə kiçik tüpürcək vəzi mənşəli bədxassəli şişlər çox nadir olur, burda olan şişlərin əksəriyyəti sixhüceyrəli olur.
Yumşaq və sərt damaq şişlərinin belə morfolojı xüsusiyyətləri özünü klinikasında əks etdirir.
Sərt damağın sıxhüceyrəli şişi tez xoralaşır və ağrı verir. Bu xəstələr həkimə müraciət etdiyində şiş hələ kiçik ölçülü olur.
Kiçik tüpürcək vəzi mənşəli bədxassəli şişlər uzun müddət kapsuliçində olur, hiss olunmur və kifayət qədər böyüyə bilir. Bu xəstələrin ilk şikayəti sərt damaqda törəmənin olmasıdır. Şiş böyüdükcə selikli qişanı sıxır, həmin nahiyədə xoralaşma olur, sonra infeksiya qoşulur, daha sonra ağrı yaranır.
Bunu nəzərə almaq lazımdırki adenokarsinoma və qarışıq şişlərin inkişafı uzun müddət davam edir və əsasən kapsuldaxilində inkisaf edir. Bundan sonra adenokarsinoma inkisaf edib sümük toxumasını dağıdır.скачать dle 11.1смотреть фильмы бесплатно

http://immunitet.az/
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir!
Paylaş
loading...

Sağlam həyat təzi sürmək insanın immunitetini yüksəldir və xəstəliklərdən uzaq edir.
Ən son tibbi məqalələri yalnız bizim portaldan oxuya bilərsiz. Müasir müalicə üsulları ilə bir çox xəstəliklərin sağaldılmasına kömək edirik.
Sayt Azərbaycan Həkimləri tərəfindən tərtib edilib, bütün hüquqlar qorunur.