Ətli badımcan qızartması

  • Müəllif: redaktr
  • Tarix: 29 yanvar 2017
  • Baxış sayı: 3 310
  • 0 rəy

Ətli badımcan qızartması
Lazım olanlar
* 1 ədəd iri badımcan
* 2 ədəd yumurta
* 3 xörək qaşığı qarğıdalı unu
* 3 xörək qaşığı un
* qızartmaq üçün duru yağ
Küftə üçün lazım olanlar
* 350 qram üyüdülmüş ət
* 1 ədəd yumurta
* 1 dilim çörəyin içi
* 1 ədəd üyüdülmüş soğan
* 1 diş sarımsaq
* cəfəri
* duz,istiot,kimyon,quru nanə və kəklikotu
Küftə üçün lazım olan ərzaqlar dərin qabın içərisinə yığılır və qarışdırılır.Duz və ədviyyatlar zövqə görə əlavə edilir.Küftənin əti yaxşıca yoğrulduqdan sonra dincəlməyə qoyulur.
İri bir badımcan qabığl ilə birlikdə halqa şəklində doğranır.
Tavanın içərisinə yağ tökülüb qaynar edilir.Ətdən qoz böyüklükdə götürülüb badımcan diliminin üstünə qoyulur və hər tərəfinə eyni böyüklükdə yayılır.Unlar boşqabda qarışdırılır və badımcanın həm ətli,həm də digər hissəsi əvvəl yumurtaya,sonra isə una batırılıb yağda qızardılır.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Ətli badımcan qızartması" haqqında müzakirə