Göbələkli plov

  • Müəllif: redaktr
  • Tarix: 29 yanvar 2017
  • Baxış sayı: 2 016
  • 0 rəy

Göbələkli plov
Lazım olanlar
* 1 stəkan düyü
* 250 qram göbələk
* 1 ədəd soğan
* 2 xörək qaşığı kərə yağı
* 1 dəstə şüyüd
* 2 çay qaşığı şəkər tozu
* 2 stəkan qaynar su
Hazırlanması
1stəkan düyü yuyulur və ilıq,duzlu suda saxlanılır.
Soğan kərə yağında yüngül qovrulur,üzərinə suyu süzülmüş düyü,duz və şəkər tozu əlavə edilib 2-3 dəqiqə yağda qovrulur.Sonra 2 stəkan qaynar su əlavə edilib qarışdırılır.Qazanın qapağı örtülüb zəif xodda suyu çəkilənə qədər bişirilir.
Göbələklər yuyulub kub şəklində doğranır,kərə yağında qovrulur,yumşalana qədər bişirilməyə qoyulur.Bişdikdən sonra göbələklərin suyu süzülür.
Suyu çəkilən plov odun üstündən götürülür, xırda doğranmış şüyüd və göbələklər əlavə edilərək qarışdırılır.Sonra qazanın üstü adyalla örtülür və 15 dəqiqə dəmlənməyə qoyulur.
Nuş olsun!
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Göbələkli plov" haqqında müzakirə