Doyduran pizza

  • Müəllif: redaktr
  • Tarix: 29 yanvar 2017
  • Baxış sayı: 2 648
  • 0 rəy

Doyduran pizza
Lazım olanlar
* 1,5 stəkan ilıq su
* 1 stəkan süd
* 1 armudu stəkan duru yağ
* 1 yumurta
* 50 qram şəkər tozu
* 1 paket distant maya
* 1 çay qaşığı duz
* 6 stəkan un
Pizza sousu üçün
* 1 xörək qaşığı tomat
* 1 ədəd rəndələnmiş pomidor
* 3 diş sarımsaq
* 1 çay qaşığı kəklikotu
* 1 xörək qaşığı xırda doğranmış cəfəri
* duz,pul bibər
Üzəri üçün
* pomidor
* bibər
* kolbasa və ya toyuğun döş əti
* zeytun
* pizza pendiri
* yumurta sarısı
Xəmir üçün lazım olan ərzaqlardan undan başqa hamısı qabda qarışdırılır və un az-az qarışıma əlavə edilələr xəmir yoğrulur.Xəmir dincəlmək üçün bir saat saxlanılır.Bir saat sonra xəmir yenidən yoğrulur.
Sousu hazırlamaq üçün rəndələnmiş pomidor,tomat,rəndələnmiş sarımsaq,kəklikotu,xırda doğranmış cəfəri,pul bibər və duz qarışdırılır.
Xəmirin yarısından bir qədər az miqdar qoparılıb bişiriləcək listə yayılır,üzərinə sous sürtülür.Yerdə qalan xəmirdən qoz boyda 18 kündə hazırlanır və dairəvi şəkildə yayılır.Hər yayılmış kündənin içərisinə sous sürtülüb,kolbasa dilimi və ya toyuq əti və rəndələnmiş pizza pendiri qoyulur və bükülür.Bükülmüş yumru xəmirlər pizza yuxasının kənarlarına düzülür və orta hissə pomidor,bibər,zeytun və ətlə örtülür.Pizzanın kənarlarındakı dairəvi xəmirlərin üstünə yumurta sarısı sürtülür,pizzanın üstünə isə rəndələnmiş pendir səpilib sobada bişirilir.
Nuş olsun!
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Doyduran pizza" haqqında müzakirə