“Krupenka” şorbası

  • Müəllif: elnare
  • Tarix: 16 yanvar 2017
  • Baxış sayı: 1 583
  • 0 rəy

 “Krupenka” şorbası.
Lazım olan ərzaqlar:
3 litr su
0,5 – 1 kq buğda və ya arpa yarması
300 – 400 qram toyuq
1 ədəd yerkökü
1 ədəd baş soğan
Dəfnə yarpağı
Qırmızı bibər
Bitki yağı və duz.
Hazırlanma qaydası: Toyuq əti suda bulyon alınanadək qaynadılır, qaynadıqca köpüyü yığılır, duz əlavə edilir. Yarma yuyulur və qaynar bulyona əlavə edilir. Sonra bişirilərək əzilmiş noxud əlavə edilir. Köpük artan kimi ilk 5-10 dəqiqədə qarışdırılır. Yerkökü döğranır, bitki yağında qızardılır və üzərinə doğranmış soğan əlavə edilir. Toyuq bişirildikdən sonra sümükdən ayrılır, böyük hissələri bölünür. Qaynayan şorbanın içinə qızardılmış soğan, yerkökü, doğranmış toyuq əti, daha sonra dəfnə yarpağı, istiot və duz əlavə edlir.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"“Krupenka” şorbası" haqqında müzakirə