Pulun sehri.


Baxış sayı: 182     Bölmə: Məqalələr / Xəstəliklər / Maraqlı məlumatlar

 

PULUN SEHRİ.

Pul insan həyataında böyük rol oynayır. Onun insana təsir edən sehirli bir gücü olduğu da söylənilir. Deyimlərə görə metal pulun insana təsiri çoxdur. Bu haqda çoxlu deyimlər və əfsanələr söylənilir. Məsələn, deyilənə görə metal pulu dənizə və ya suya atsan o artaraq yenə sənə qayıdacaq. Cibində daima qəpik pul gəzdirsən sənin həmişə qazancın olacaq. Pul qabınızda həmişə qəpik pul gəzdirin , o sizi maliyə krizinə düşməyə qoymayacaq. Qəpik pul tapanda dua etmək lazımdır, ancaq pulqabı tapanda onu götürüb xeyriyyə məqsədilə paylamalısan. Onda yaxın günərdə sizin daha çox pulunuz olacaq. Əgər sizdə lap az dəyəri olan xırda pul varsa ondan qurtarmağa çalışmayın, qoyun o sizin talismanınız olsun. Həmin pul sizə çoxlu maliyyə vəsaiti gətirər. Onu həmişə pulqabınızda saxlayın.
Əgər ticarətlə məşğul olursunuzsa onda iş yerinizin qapısının qabağına xırda pul atın.
Təzə ev tikdirirsinizsə bünövrəsinə xırda pul atın.
Az vaxtda çox qazanc əldə etmək istəyirsinizsə sol çiyninizə xırda pul atıb deyin:”Sənə bir pul verirəm, mənə ikisini qaytarasan”.
Əgər iş görüşməsinə gedirsinizsə sol ayaqqabınızın içinə xırda pul qoyun. Bu zaman işiniz uğurlu olacaq.
Əgər var dövlətinizin artmağını istəyirsinizsə, evdə xəlvəti bir yerdə kassaya xırda pul yığın. Kassa dolanda isə onu evinizin tam mərkəzində yerə atıb sındırın ki, pullar ətrafa sıçrasın. Bu zaman pullarla bərabər onun enerjisi də evinizin hər küncünə yayılacaq.
Çalışın heç kimə xırda pul verməyin. Mağazada qəpik pullardan xilas olmağa çalışmayın.
Sizdə nə qədər xırda pul olarsa onlar sizə kağız pullar gətirər.

скачать dle 11.1смотреть фильмы бесплатно

http://immunitet.az/
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir!
Paylaş
loading...

Sağlam həyat təzi sürmək insanın immunitetini yüksəldir və xəstəliklərdən uzaq edir.
Ən son tibbi məqalələri yalnız bizim portaldan oxuya bilərsiz. Müasir müalicə üsulları ilə bir çox xəstəliklərin sağaldılmasına kömək edirik.
Sayt Azərbaycan Həkimləri tərəfindən tərtib edilib, bütün hüquqlar qorunur.