Gümüş əşyaların təmizlənməsi

  • Müəllif: elnare
  • Tarix: 5 yanvar 2017
  • Baxış sayı: 2 790
  • 0 rəy

Gümüş əşyaların təmizlənməsi.
Gümüş əşyaları təmizləməmişdən əvvəl ilıq su və duru sabunla yuyulur. Gümüş əşyanın suyu süzülüb quruduqdan sonra naşatır spirti və təbaşirdən hazırlanmış qarışım sürtülür. Qarışım əşyanın üzərində quruduqdan sonra, həmin əşya su ilə yuyulur və quru yun əski ilə qurudulur.
Bərk oksidləşmiş gümüş əşyalar əvvəlcə duru sabunla yuyulur. 1 hissə natrium sulfat və 3 hissə sudan ibarət qarışım ilə silinir. Sonra yun əski ilə yaxşıca qurulanır.
Gümüş qaşıqları istifadə etdikdən sonra dərhal sodalı qaynar suya saldıqda parıldayır.
Gümüş qaşıqlar həftədə 1 dəfə naşatır spirti qatılmış sabunlu su ilə yuyularsa parlaq olar.
Gümüş əşyanın üstünə düşmüş rütubət ləkəsini ilıq sirkə ilə təmizləyirlər.
Gümüş zəncirbəndlər çirklənmiş və pas bağlamışsa sirkə batırılmış diş fırçası ilə təmizlənir və vazilen çəkilir.
Bəzək əşyaları (sırğa, üzük, zəncir ) aşağıdakı qaydada təmizlənir:
Şüşə bankaya bir parça sink və təmizlənəcək əşyalar qoyulur, üstünə qaynar paltar sodası məhlulu (0,5 litr suya 1 xörək qaşığı paltar sodası) tökülür.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Gümüş əşyaların təmizlənməsi" haqqında müzakirə