Ölüm və onun növləri

  • Müəllif: elnare
  • Tarix: 4 yanvar 2017
  • Baxış sayı: 2 266
  • 0 rəy

Ölüm və onun növləri.
Ölüm canlı orqanizmin həyat fəaliyyəinin labüd sonudur. Səbəblərinə görə 2 cür olur:
1. Fizioloji (təbii)
2. Patoloji (vaxtından əvvəl).
Həddindən artıq qocalmış orqanizmin həyatının başa çatması fizioloji ölüm sayılır. Fizioloji ölüm canlı orqanizmin qocalıqla əlaqədar olaraq bütün həyati funksiyalarının başa çataraq sönməsi nəticəsində baş verir. İnsanlarda fizioloji ölümə nadir hallarda rast gəlinir. Adətən insanların həyatı müxtəlif xəstəliklər səbəbindən başa çatır. Buna patoloji ölüm deyilir. Çox vaxt müxtəlif xəstəliklər səbəbindən insanların hətayi prosesləri başa çatır.
Lakin bəzi hallarda zahiri cəhətdən sağlam görünən insanın da ölümü ilə rastlaşırıq. Bu qəfləti ölüm adlanır. Qəfləti ölüm gizli keçən və ya kifayət qədər kompensasiya olunmuş xəstəliklərin gözlənilmədən ölümcül ağırlaşması nəticəsində baş verir. Bu adətən aşağıdakı xəstəliklər zamanı baş verir:
– aorta anevrizmasının partlaması nəticəsində qanaxmalar zamanı
– koronar arteriyaların trombozu ilə əlaqədar
– hipertoniya xəstəliyi zamanı beyinə qansızmalar baş verdikdə
– ağciyər arteriyasının trombozu zamanı.
Xarici mühitin təsirləri altında baş verən ölüm zorakı ölüm hesab edilir. Belə ölümlərə aiddir:
– qətl
– intihar
– məişət, nəqliyyat və istehsalat travmaları.
Adətən insanlar ürək fəaliyyətinin, ya da tənəffüsün dayanması nəticəsində ölür. İnsan orqanizmində baş verən dəyişikliklərin xarakterindən asılı olaraq ölümün 2 forması ayırd edilir:
– bioloji ölüm
– kliniki ölüm.
Bioloji ölüm – ölümün geriyə dönməsi mümkün olmayan formasıdır. Bu zaman əvvəlcə sinir toxumasında, beyin qabığında, qabıqaltı nüvələrdə, sonra issə tədricən digər hissələrdəüzvi dəyişikliklər baş verir.
Kliniki ölüm zamanı isə tənəffüs və qan dövranı dayanır, reflekslər itir. Lakin bu zaman orqanizmin həyat əhəmiyyətli orqan və toxumaları öz qabiliyyətlərini itirmirlər. İnsan üçün kliniki ölümün müddəti 5-6 dəqiqə hesab edilir. Mümkün şərait olduqda kliniki ölümə düşmüş şəxsi xilas eləmək mümkündür.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Ölüm və onun növləri" haqqında müzakirə