Sadə bir vasitə ilə dərinizin gənc görünməsinə necə səbəb ola bilərsiniz?

  • Müəllif: elnare
  • Tarix: 3 iyun 2017
  • Baxış sayı: 2 617
  • 0 rəy

Sadə bir vasitə ilə dərinizin gənc görünməsinə səbəb ola bilərsiniz. Bu çox inanılmazdır. Cavan görünməyin sirləri.

Bəzi qadınlar var ki, onlar yaşlarından çox cavan görünürlər. Bunun sirri isə onların dərilərinin cavan görünməsindədir. Dərinin yaşlılığını müxtəlif kosmetik vasitələr sürtərək gizlətməkdənsə, ona qulluq edərək cavan saxlamaq daha effektlidir. Aşağıdakılar oxuyub, yazılanlara əməl edərək siz, dərinizin həm cavanlaşmasına, hən də cavan qalmasına səbəb ola bilərsiniz.

Vitamin C

Ən yaxşı oksidantlardan biri C vitaminidir. Qəbul elədiyiniz qidaların tərkibi C vitamini ilə zəngin olarsa,o zaman dəriniz sağlam qalar. Siz C vitamini qəbul edərək də dərinizi bu vitaminə olan ehtiyacını ödəyə bilərsiniz. C vitamini dəri tərəfindən tez mənimsənilir.

Günəş yanıqlarından uzaq durun.

Uzun müddət gün şüaları altında dayanmaq dəridə günəş yanıqlarının əmələ gəlməsinə səbəb olur. Günəş yanıqları əmələ gələn dəri yaşlı görsənir. Bu səbəbdən də yay günlərində bayıra çıxdıqda istiliyə diqqət yetirin və ya günəş kremlərindən istifadə edin.

Mütəmadi olaraq idmanla məşğul olun

Dərinizin cavan və illərə dözümlü olmağını istəyirsinizə o zaman hər gün idmanla məşğul olun. İdmanla məşğul olmaq dərinin elastikliyini artıır və dərini qalınlaşdırır. İdmanla məşğul olmaq dərinin oksigenlə qidalanmasına səbəb olur.

Kollagen qəbul edin

Dərisinin gözəl olmasını arzuilayanlar tərkibində kollagen olan qidalarla qidalanmalıdırlar. Mütəxəssislər dərinin gözəl olması üçün kollagendən qida əlavəsi kimi qəbul etməyi məsləhət bilir.

Yağ turşusu qəbul edin

Tərkibində Omeqa3 yağ turşusu olan qidalarla qidalanmaq orqanimdə kollagenlərin əmələ gəlməsinə və hüceyrələrin bərpa olunmasına səbəb olur. Sardinya, ispanaq, balqabaq tumu, günəbaxan tumu, avokado, kətan toxumunun yatmazdan ən azı yarım saat əvvəl yeyilməsi orqanizmin Omeqa3 yağına olan təlabatını az da olsa ödəyir.

Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Sadə bir vasitə ilə dərinizin gənc görünməsinə necə səbəb ola bilərsiniz?" haqqında müzakirə