Körpələrin yuyundurulması


Baxış sayı: 94     Bölmə: Məqalələr / Xəstəliklər / Körpələrə qulluq

  

Körpələri adətən səhərlər və ehtiyac olduğu halda gün ərzində 2-3 dəfə yuyundurmaq lazımdır. Bunu etmək üçün içərisinə bədən temperaturuna uyğun (yandırmayacaq dərəcədə) su doldurulmuş  xüsusi bir vanna (körpələr üçün) götürün, sudan bir neçə damcı ovcunuza tökün, beləliklə suyun soyuq və ya qaynar olmasını müəyyən edin.

Körpənin gözləri

Pambıq diski və ya tamponu götürün, suda isladın körpənin gözlərinin qıraq küncündən içəri küncünə doğru ehtiyatla gəzdirin. Bu zaman tərs hərəkətləri etməyə cəhd etməyin. Hər göz üçün ayrıca pambıq istifadə etməyə çalışın. Əgər yuyunmadan sonra hər hansısa bir axıntı nəzərinizə çarparsa dərhal pediatra  və yaxud uşaq göz həkiminə müraciət edin.

Qulaqları

Körpənin qulağından axan axıntılar sayəsində içəridəki toz və bakteriyalar təmizlənir. Qulaqlarda tıxaclar yaranmaması üçün həftədə 2-3 dəfə qulaq seyvanını pambıq çöpləri ilə təmizləmək lazımdır. Çalışan qədər körpəni yuyunduran zaman qulağa suyun dolmasından ehtiyat etmək lazımdır, beləki, bu onda narahatlıq yarada bilər.

Burun

Körpənin burun dəlikləri ehtiyac olduğu halda təmizlənir. Bunun üçün pambıqdan hazırlanmış çubuqlar götürüb yüngül isladaraq 1-1,5 sm qədər burun dəliklərinə salıb təmizləmək lazımdır. Bu burundakı qırıntıları yumşaldaraq onların daha rahat təmizlənməsini təmin edir. Pambığı çöplərə və digər bərk əşyalara dolayıb təmizləmək məsləhət deyil. Beləki, körpələrdə selikli qişa çox zərifdir və onu bu yolla zədələmək olar. Əgər körpənin burnunda həddindən çox axıntı yığılırsa mütləq pediatra müraciət edin.

скачать dle 11.1смотреть фильмы бесплатно

http://immunitet.az/
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir!
Paylaş
loading...

Sağlam həyat təzi sürmək insanın immunitetini yüksəldir və xəstəliklərdən uzaq edir.
Ən son tibbi məqalələri yalnız bizim portaldan oxuya bilərsiz. Müasir müalicə üsulları ilə bir çox xəstəliklərin sağaldılmasına kömək edirik.
Sayt Azərbaycan Həkimləri tərəfindən tərtib edilib, bütün hüquqlar qorunur.