Körpələrdə bişməcə.


Baxış sayı: 140     Bölmə: Məqalələr / Xəstəliklər / Körpələrə qulluq

 
Uşaqlarda bişməcələr
Bişməcə- tər ifrazının artması və dəri səthindən buxarlamasının zəifləməsi nəticəsində yaranan dəri qıcıqlanmasıdır. Bişməcələr yaşından asılı olmayaraq hər kəsdə yarana bilir, lakin daha çox körpələrdə və yaşlı insanlarda rast gəlinir.
Səbəbləri:
Həddən artıq tərləmə əksərən isti vərütubətli hava ilə əlaqədar olur. Bəzi hallarda körpənin qalın bələnməsi bişməcəyə səbəb olur.
Simptomları:
Bişməcə özünü dərinin bağlı hissələrində yaranan xırda, qruplaşmış, içi şəffaf maye ilə dolu qovuqcuqların yaranması ilə büruzə verir. Uşaqlarda sağrı və kürək nahiyəsində, boyunda, qoltuq və sağrıarası büküşlərdə lokalizasiya olunur. Bir neçə gündən sonra qovuqcuqlar partlayır, quruyur və azca qabıqlanmaya məruz qalır. Qırmızı bişməcə zamanı dəridə sıx yerləşən, qaşınan, bir-biri ilə birləşməyən və ətrafında iltihablı halqa olan qovuqlu düyüncüklər əmələ gəlir.
Müalicəsi:
Hava vannaları, kalium permanqanat, yatıqqanqal və palıd qabığı dəmləməsi ilə qəbul olunan su vannaları çox faydalıdır. Büküşlərin dərisinə talk, sink-oksid tozu səpilir və ya qaynadilmış bitki yağı ilə silinir.
Profilaktika:
Körpələrdə bişməcələrin yaranmasının qarşısını almaq üçün bir neçə qaydaya əməl etmək lazımdır:
-uşağın otağında hərarət 20-220C-dən çox olmamalıdır
-körpəni çox qalın geyindirmək olmaz.
-uşaqların paltarları təbii parçalardan hazırlanmalıdır ki, havanı normal keçirsin və dəridə qazlar mübadiləsini pozmasın
-dərinin təmizliyinə xüsusi diqqət yetirmək lazımdır. İlk yarımildə körpələri hər gün, sonrakı vaxtlarda isə günaşırı çimizdirmək lazımdır. Çimizdirildikdən sonra dəri tam qurulanmalıdır. Yalnız bundan sonra dəri hər hansı vasitə ilə silinə bilər. İstənilən vasitə dəriyə nazik qatla çəkilməlidir.скачать dle 11.1смотреть фильмы бесплатно

http://immunitet.az/
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir!
Paylaş
loading...

Sağlam həyat təzi sürmək insanın immunitetini yüksəldir və xəstəliklərdən uzaq edir.
Ən son tibbi məqalələri yalnız bizim portaldan oxuya bilərsiz. Müasir müalicə üsulları ilə bir çox xəstəliklərin sağaldılmasına kömək edirik.
Sayt Azərbaycan Həkimləri tərəfindən tərtib edilib, bütün hüquqlar qorunur.