6 aylıq uşağın qidalanması

  • Müəllif: elnare
  • Tarix: 20 iyun 2017
  • Baxış sayı: 10 577
  • 0 rəy

6 aylıq uşağın qidalanması

Ana və Uşaqların Sağlamlıq Mərkəzinin Ümumdünya Müdafiə Borliyinin pediatrları 6 aylıq uşaqların da ana südü ilə qidalanmalarını məsləhət bilir. Amma, 6 aylıq uşağa ana südündən başqa digər qidalar da lazımdır. Bu aydan artıq uşaq mütləq əlavə qidaya keçməlidir. Əlavə qidaya keçməzdən əvvəl isə mütığləq uşaq həkiminin məsləhətlərinə qulaq asmaq lazımdır.

Altıncı ay uşağın orqanizmində ciddi dəyişikliklər baş verən bir dövr sayılır. Bu dövrdə uşağın həzm sistemi qatı və ya sulu meyvələrin bağırsaqlardan sorulmasını həyata keçirməyi öyrənir. Mütəxəssislər gənc analara bu yaşda olan uşaqlarına fərqli qidaların verilməyi məsləhət bilmir. Bu aydan başlayaraq artıq uşaqların ilk süd dişləri görünməyə başlayır. Artıq körpə əlavə qidaya keçib və indi o gündə 1 dəfə meyvə şirəsi, bir dəfə də meyvə püresi yeyə bilir. Uşağının 5 aylığı olan zaman meyvə şirəsinə başlamayan analar indi bir-neçə damcıdan başlayaraq yarım çay qay qaşığına qədər artıra bilərlər. İndi analar uşaqlarına başqa qidaları asanlıqla təkilif edə bilərlər. 

Uşaqlara əlavə qida verərkən az miqdardan başlayaraq bir-neçə qaşığa qədər qaldırmaq lazımdır. Əlavə qidanın az və ya çox yeyildiyi zaman uşağın bağırsaq fəaliyyətini nəzarət altında saxlamaq çox vacib sayılır. Südəmər uşağını əlavə qidaya keçirən ana uşağın qida rasionunu mütləq diqqət mərkəzində saxlamalıdır. 6 aylıq uşaq gün ərzində 50 qrama yaxın meyvə şirəsi və ya meyvə püresi yeyə bilir.

6 aylıq uşağa az miqdarda kartof püresi, kartof və yerkökü püresi vermək mümkündür. Bu zaman kartof və yerkökü süda bişirilir və blenderdə üyüdülərək uşağa yedizdirilir.

6 aylıq uşağa asanlıqla balqabaq püresi, düyü və ya qarabaşaq sıyığı vermək mümkündür. Bu yaşda olan uşaqlara sıyıq hazırlayan zaman düyü və ya qarbaşaq həl bişirilir və blenderdə üyüdülərək verilir. Bu yaşda olan uşağa suda bişmiş yumurtanın sarısını da vermək mümkündür. Yumurta sarısını uşağa verərkən isə allergiya reyaksiyalarının baş verməsinə qarşı diqqətli olmaq lazımdır. Bu yaşda olan uşağa yumurta sarısının 1/3 hissəsini vermk olar. Yumurta sarısı bu yaşda olan uşaqlar üçün çox faydalıdır. Onun qida dəyəri çox yüksəkdir və bu da uşağın inkifaf etməsinə səbəb olur. Buna səbəb isə yumurta sarısının tərkibində olan və uşaq orqanizmi tərəfindən asan sorulan zülallar, yağlar, mineral duzlar və vitaminlər var. Uşağa yumurta sarısı da verərkən az miqdardan başlayaraq miqdarını artırmaq lazımdır. Uşağa yumurta sarısı verən zaman da uşaq həkimi ilə məsləhətləşmək lazımdır. Uşağın 6 ayının sonlarında ona tərəvəz püresi də vermək mümkündür. Tərəvəz püresinin üzərinə az miqdarda qaymaq əlavə etmək uşağın inkişafına müsbət təsir edir və faydalı olur. 6 aylıq uşağa gün ərzində 1 çay qaşığı qaymaq vermək olar, amma qaymağın yağlılığı 10%-dən çox olmamalıdır.
Normal və sağlam bəslənmiş uşağın 6 ayı bitdiyi zaman onun çəkisi 600 qram, boyu isə 2 sm böyümüş olur.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"6 aylıq uşağın qidalanması" haqqında müzakirə