Bu meyvələr seks hormonlarının sayını yüksəldir


Baxış sayı: 11 949     Bölmə: Məqalələr / Kişi xəstəlikləri

Bu meyvələr seks hormonlarının sayını yüksəldir
Keçibuynuzu
Az sayda və zəif olan spermalara güclü təsiredici vasitədir.  Keçibuynuzu spermanın sayını artırır, onların hərəkətlilik sürətini yüksəldir və gücləndirir. Spermanın baş hissəsində acrosome tərkibli enzimlərin aktivləşməsində rolu böyükdür. Keçibuynuzu sperma hüceyrələrinin nüvəsinin parçalnmasını sürətləndirir. Bunun üçün yarım litr qaynayan suya 6-7 ədəd keçibuynuzu atılır və 3-5 dəqiqə qaynadılır. Qaynayan zaman qabın ağzı örtülü, ocağın istisi isə zəif olmalıdır. Dəmləmə 20 dəqiqə sonra içilir. Bu dəmləmə 3 ay boyunca hər gün yatmazdan əvvəl içilməlidir.
Çiyələk
Çiyələk E vitamini ilə zəngindir. E vitamini spermanın miqdarının artılılmasında vacib sayılan vitaminlərdəndir. Bu səbəbdən çiyələk sperma sayını artıran və onların hərəkətliliyini bərpa edən qidalardan hesab edilir.Onun təsirini görmək üçün uzun müddət gündə 2 stəkan çiyələk yemək lazımdır.
Avokado
Bu möcüzəli və şəfalı meyvə həm müxtəlif xəstəliklərin, həm də cinsi zəifliyin aradan qalxmasına yardım edir. Avokado seks hormonlarının sürətini yüksəldir və onların miqdarını artırır. Cinsi inkişafı zəif olan kişilərə həftədə ən azı 3 ədəd avokado yemək məsləhət görülür.
Zəncəfil
Elm dünyası zəncəfilin faydalarına heyran qalıb. O orqanizmi isidir, kişilərdə ereksiyanın əmələ gəlməsini sürətləndirir və spera sayını artırır. Orqanizmə təsir etməsi üçün həftədə azı 4 dəfə yarım çay qaşığı zəncəfil südə və ya suya qatılıb içilməlidir.

http://immunitet.az/
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir!
Paylaş
loading...

Sağlam həyat təzi sürmək insanın immunitetini yüksəldir və xəstəliklərdən uzaq edir.
Ən son tibbi məqalələri yalnız bizim portaldan oxuya bilərsiz. Müasir müalicə üsulları ilə bir çox xəstəliklərin sağaldılmasına kömək edirik.
Sayt Azərbaycan Həkimləri tərəfindən tərtib edilib, bütün hüquqlar qorunur.