Qışda artan xəstəliklər – İnfeksion mononukleoz


Baxış sayı: 262     Bölmə: Məqalələr / Xəstəliklər / İnfeksion xəstəliklər

Qışda artan xəstəliklər
İnfeksion mononukleoz
İnfeksion mononukleoz orqanizmdə aşağıdakıların baş verməsinə səbəb olur:
– qızdırma
– tonzillit
– limfadenit
– hepatonienal sindrom
– hemotoloji dəyişikliklər.
Alman alimi Pfeyfer xəstəliyi limfodenopatiya və damağın iltihabı ilə gedən vəzili qızdırma kimi təsvir etmişdir. Bu infeksion xəstəlik əksər hallarda havaların kəskin soyuduğu hallarda yayılmağa başlayır. Xəstəliyin əhali arasında geniş yayılması məktəbəqədər uşaqlarda 46,5%, 4-6 yaşlarında 80%, yaşlılarda 94% adamlarda rast gəlinir. Bunu xəstəliyin yayıldığı zaman xəstələrin selikli qişalarından tapılan mikroblar sübut edib.
Xəstəliyin törədiciləri Barr virusları hesab edilir.
Xəstəliyin əmələ gəlməsinə virus gəzdirən insanlar səbəb olur. Son illər bu xəstəliyin epidemiya şəklində yayılması halları çox müşahidə edilir. Bu əksər hallarda payız-qış aylarında soyuq aylarda baş verir. Xəstəlik ailəvi və kütləvi xarakter daşıyır. 4 Yaşa qədər uşaqların yoluxması  simptomsuz keçir, ya da kəskin respirator virus xəstəliyi kimi inkişaf edir. İmmun sistemi yüksək olan şəxslərdə də xəstəlik simptomsuz xəstəlik kimi kliniki əlamətə sahib olur və müsbət seroloji reaksiyalar verir.
İnfeksion mononukleoz xəstəliyinin inkişafı ləng gedir, xəstəliyin atipik formaları çoxdur. Xəstəlik burun-udlaq vasitəsilə orqanizmə daxil olur qana keçir. Virus qan və limfa vaitəsilə orqanizmə yayılır və patoloji əlamətlər törədir. Xəstəlik qaraciyər və dalağın böyüməsinə səbəb olur və qanda dəyişikliklərə səbəb olur. İnfeksion mononukleoz qaraciyərin funksional pozğunluqlarına səbəb olur.
Xəstəlik 7-10 gün çəkir, yüksək qızdırma, halsızlıq, damaqda qızartı, kefsizlik -baş ağrıları müşahidə edilir. Xəstələrdə limfa düyünləri böyüyür, qarında və əzələlərdə ağrılar baş verir.скачать dle 11.1смотреть фильмы бесплатно

http://immunitet.az/
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir!
Paylaş
loading...

Sağlam həyat təzi sürmək insanın immunitetini yüksəldir və xəstəliklərdən uzaq edir.
Ən son tibbi məqalələri yalnız bizim portaldan oxuya bilərsiz. Müasir müalicə üsulları ilə bir çox xəstəliklərin sağaldılmasına kömək edirik.
Sayt Azərbaycan Həkimləri tərəfindən tərtib edilib, bütün hüquqlar qorunur.