Əkscisimlərin yaranma nəzəriyyələri


Baxış sayı: 410 255     Bölmə: Məqalələr / Xəstəliklər / İmmunitet

Əkscisimlərin yaranma nəzəriyyələri.
Bildiyimiz kimi əkscisimlər (antitellər) qan zərdabının spesifik zülallarıdır. Orqanizmə antigen yeridildikdən sonra immun cavab olaraq plazmositlər tərəfindən əkscisimlər sintez olunur və antigenlə spesifik immun reaksiyaya girir. Qan zərdabının köməyi ilə passiv immunitetin yaradılması göstərmişdir ki, əkscisimlər immunlaşmış orqanizmdə əmələ gəlir. Əkscisimlərin əmələgəlmə mexanizmi alim-immunoloqların uzun müddət müzakirələrinə səbəb olmuşdur.
Əkscisimlərin əmələ gəlməsi barədə bir-neçə nəzəriyyə var:
İnsrtruktiv nəzəriyyə:
Bu nəzəriyyəyə əsasən antigen immunoloji informasiyanın daşıyıcısıdır və spesifik əkscismin yaranmasını idarə edir. Zülalda əmələ gələn yeni immunoqlobilinlər əvvəlcə bir-birindən seçilmir. Antigenlə kontakdan sonra isə əkscisimlər antigenin molekuluna müvafiq olaraq ikincili quruluşunu dəyişir.
Selektiv nəzəriyyə:
Bu nəzəriyyəyə əsasən əkscisimlər makromolekul olaraq hüceyrələrin membranında spesifik reseptor rolunu oynayır (dərman preparatlarının reseptorları kimi).
Əkscisimlərin klonal – seleksion nəzəriyyəsi:
Bu nəzəriyyəyə əsasən əkscisimlər hüceyrələrin üzərində təbii zülal reseptorları olub antigeni selektiv seşmə təsirinə gətirirlər. Antigenin daxil olması ona qarşı spesifik reseptorlar daşıyan hüceyrələrin klonal poliferasiyası üçün bir siqnaldır. Bu proliferasiya çox saylı eyni spesifikliyə malik olan hüceyrələrin yaranmasını təmin edir. Bu hüceyrələrin bir hissəsi əkscisimlər sintez edən hüceyrələrə-plazmositlərə, digər hissəsi isə immunoloji yaddaş hüceyrələrinə diferensasiya olunur. Məhz bu yaddaş hüceyrələri hesabına orqanizmdə immun cavab yaranır.
скачать dle 11.1смотреть фильмы бесплатно

http://immunitet.az/
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir!
Paylaş
loading...

Sağlam həyat təzi sürmək insanın immunitetini yüksəldir və xəstəliklərdən uzaq edir.
Ən son tibbi məqalələri yalnız bizim portaldan oxuya bilərsiz. Müasir müalicə üsulları ilə bir çox xəstəliklərin sağaldılmasına kömək edirik.
Sayt Azərbaycan Həkimləri tərəfindən tərtib edilib, bütün hüquqlar qorunur.