Hipertoniya xəstələrinin müalicə proqramı


Baxış sayı: 101     Bölmə: Məqalələr / İlkin Tibbi Yardım

 Hipertoniya xəstələrinin müalicə proqramı.
Bu proqram yüksək təzyiqdən əziyyət çəkənlər üçün tərtib edilmişdir.
1. Mənfi psixo-emosional və psixi-sosial stress vəziyyətinin aradan qaldırılması.
2. Dərmansız müalicə üsulları.
3. Medikamentoz hipotenziv müalicə.
4. Serebral qan dövranının yaxşılaşdırılması.
5. Təzyiq səbəbli ağırlaşmaların müalicəsi.
6. Ekstrakorporal terapiya.
7. Sanatoriya-kurort müalicəsi.
Arterial təzyiqin ağırlaşmalarına aiddir:
– hipertonik krizlər
– serebral pozğunluqlar
– sol mədəcik pozğunluqları
– xroniki böyrək çatışmazlığı
– durğun qan dövranı çatışmazlığı.
Stressli, psixo-emosional və psixo-sosial vəziyyətlərin aradan qaldırılması, ailədə, işdə qarşılıqlı münasibətlərin normallaşdırılması, arterial təzyiqin aşağı düşməsinə səbəb olur. Bu adətən arterial təzyiqin ilkin dövrlərində baş verir. Bu üsulla arterial təzyiqi ilkin dövrlərdə dərmansız müalicə etmək mümkündür. Arterial təzyiqin ilkin dövrlərində 60% xəstələri müalicə proqramına əməl etməklə təzyiqlərini normal saxlamaq olur.
Təzyiqin əsas dərmansız müalicə tədbirlərinə pəhriz, bədən çəkisinin azalması, kifayət qədər fiziki aktivlik daxildir.
Yüksək təzyiqdən əziyyət çəkənlər pəhrizində xörək duzunu azaltmalı, karbohidrat və yağ istifadəsini məhdudlaşdırmalıdır. Pəhriz vaxtı qidada kaliumun miqdarının artırılması arterial təzyiqin aşağı düşməsinə səbəb ola bilər.
Arterial təzyiqdən əziyyət çəkən şəxslər vaxtaşırı həkimin qəbulunda olmalı, təzyiqlərinin normada saxlanılmasına çalışmalıdırlar.скачать dle 11.1смотреть фильмы бесплатно

http://immunitet.az/
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir!
Paylaş
loading...

Sağlam həyat təzi sürmək insanın immunitetini yüksəldir və xəstəliklərdən uzaq edir.
Ən son tibbi məqalələri yalnız bizim portaldan oxuya bilərsiz. Müasir müalicə üsulları ilə bir çox xəstəliklərin sağaldılmasına kömək edirik.
Sayt Azərbaycan Həkimləri tərəfindən tərtib edilib, bütün hüquqlar qorunur.