Bağırsaq xəstəlikləri və fitoterapiya.

  • Müəllif: admin1
  • Tarix: 26 dekabr 2016
  • Baxış sayı: 2 708
  • 1 rəy

 Qeyri-spesifik xoralı kolitin müalicəsində fitoterapiyanın tətbiqi xəstələrin ümumi vəziyyətini yaxşılaşdırır, bağırsaqda olan eroziyaların sağalmasını sürətləndirir, qan itkisinin, anemiyanın qarşısını alır. Bitki müalicəsi aldıqda bəzən xəstələrdə remissiya baş verir və uzun müddət davam edir. Xəstəliyin kəskinləşdiyi dövrdə xəstəyə yataq rejimi və pəhriz təyin edilir. Pəhriz kalorili olmalı, həzm sistemini qıcıqlandırmamalı, asan həzm olunan olmalıdır. Bağırsaq xəstəlikləri zamanı xəstələrə aşağıdakı bitki çayları məsləhət görülür:
Polivitamin çayı.
-3 hissə itburnu çayı
-2 hissə qaragilə
-2 hissə meşə gilası götürülür, 2 stəkan qaynar suda 2 saat dəmə qoyulur, gündə 1 stəkan isti halda içilir.
Xəstəliyin erkən mərhələsində:
1 xörək qaşığı bağayarpağının üzərinə yarım stəkan qaynaq su tökülür, 30 dəqiqə dəmlənir, süzüldükdən sonra, gündə 3 dəfə 2 xörək qaşığı yeməkdən 30 dəqiqə əvvəl qəbul edilir.
Aptek çobanyastığı çıçəyi, dazıotu, istiotlu nanə yarpağının hərəsindən 1 hissə götürülür, 1 stəkan qaynar suda dəmlənir, gündə 3 dəfə yarım stəkan yeməkdən 30 dəqiqə əvvəl qəbul edilir.
Selikli və qanlı ishal olduqda kövrək murdarça otu, boymədəran, bağayarpağı yarpağı, istiotlu nanə yarpağı hərəsindən 1 hissə olmaqla götürülüb qarışdırılır. Qarışımdan 1 xörək qaşığı 1 stəkan qaynar suda dəmlənib, gündə 3 dəfə hər dəfə 2 xörək qaşığı qəbul edilir.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Bağırsaq xəstəlikləri və fitoterapiya." haqqında müzakirə

  • Vidadi Quliyev
    Salam mən artıq beş ildirki mədə bağırsaqdan əziyyət çəkirəm ne yedim qaçıram böyük bayıra qonağ gedə bilmirəm getdiyim yerdə yemek yeyə bilmirəm işə gedə bilmirəm işe getmezden 10 saat qabağcadan yemek yeyiremki meni yolda tuvalet tutmasın amaki yenə xeyri yoxdur həyacan qarın ağrı öz sözünü deyir Bakıda o qədər hekimin yanında olmuşamki amaki xeyri olmadı üç kurs deyirəm hekim mən yenə eləyəm yeni məndə dəyişiklik olmadı axı deyir ən sonda gerek seni kolonoskopiya edək bunu başdan edib baxa bilmidin beyem ? Vəziyyət çox pisdir kömeyimə heçbir hekim çata bilməyib ancağ boş boş yazırlar haramları olsun apar qəbula flan qədər ver dermana flan qədər ver axırda yenr eyni vəziyyət də qal bunu bir çarəsini bilen olmayacağ çox maraglidir