Mədənin hərəki funksiyasının pozulması


Baxış sayı: 476 561     Bölmə: Məqalələr / Xəstəliklər / Həzm sistemi



Mədənin hərəki funksiyasının pozulması.
Mədənin hərəki funksiyasının pozulmasına mədə divarında əzələ qişasının tonusunun və peristaltikasının dəyişiklikləri səbəb olur. Mədə əzələsinin parezi, qida kütlələrinin hərəkətinə qarşı maneçilik törədən amillər mədə tonusunun zəifləməsinə və ya tamamilə itirilməsinə səbəb ola bilir. Bu maneələrə şiş, çapıq toxuması və s. misal göstərmək olar. Bundan əlavə psixi amillər, mənfi emosiyalar, depressiya da mədədə atoniyaya səbəb ola bilir. Bu da həzm prosesinin və motor funksiyasının ağır dərəcədə pozulmasına səbəb olur.
Mədənin motor funksiyasının pozulmasına aşağıdakılar səbəb ola bilir:
* qastrit
* hiperkinez
* peristaltikanın artması
* pilorospazm.
Mədənin hərəki funksiyası baş verdikdə gəyirmə, hıçqırma, qıcqırma, ürək bulanması və qusma müşahidə edilə bilir.
Qusma çox vaxt mədədə sinir reseptorlarının kimyəvi və mexaniki qıcıqlanması nəticəsində baş verir. Qıcıqlanmalar keyfiyyətsiz qida maddələri, toksinlər, mədənin həddindən artıq dolması, diafraqmanın gərginləşməsi səbəbindən ola bilir.
Bu zaman qusma mühafizə xarakteri daşıyır, yəni mədə lazımsız maddələri qusaraq orqanizmdən xaric edir.
скачать dle 11.1смотреть фильмы бесплатно

http://immunitet.az/
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir!
Paylaş
loading...

Sağlam həyat təzi sürmək insanın immunitetini yüksəldir və xəstəliklərdən uzaq edir.
Ən son tibbi məqalələri yalnız bizim portaldan oxuya bilərsiz. Müasir müalicə üsulları ilə bir çox xəstəliklərin sağaldılmasına kömək edirik.
Sayt Azərbaycan Həkimləri tərəfindən tərtib edilib, bütün hüquqlar qorunur.