Doğuş və onun başlaması

  • Müəllif: elnare
  • Tarix: 29 dekabr 2016
  • Baxış sayı: 2 542
  • 0 rəy

Doğuş və onun başlaması.
Doğuş fizioloji proses olub dölün uşaqlıq boşluğundan xaric olunması deməkdir. Bu hamiləliyin 40 həftəsində baş verir.
Doğuşun baş vermə səbəbləri müxtəlifdir. Hamiləliyin axırında qadın orqanizmində çoxlu dəyişikliklər baş verir ki, bu da doğuşun başlamasına səbəb olur. Belə ki, hamiləliyin axırında baş-beyin qabıq maddəsinin oyanması baş verir. Onurğa beyin, uşaqlığın əzələ və sinir elementlərinin də oyanıqlıqları artır ki, bu zaman uşaqlıqda mexaniki, kimyəvi qıcıqlar çoxalır. Hamiləliyin sonlarında dölün böyüməsi, dölyanı mayenin çoxalmasına səbəb olur. Bu səbəbdən hamilə qadının orqanizmində kimyəvi maddə ifrazı artır.
Bir yandan hamiləliyin sonunda uşaqlığın aoyanıqlığının artması, digər yandan kimyəvi qıcıqların artması uşaqlığın sinir elementlərinə təsir edir. Sinir ucları bioloji maddə ifraz edir ki, bu da uşaqlıqda fəallığı artırır və doğuş başlayır.
Doğuşun başlanmasının bildlrən əlamətlər aşağıdakılardır:
– uşaqlığın dibinin enməsi
– dölün başı çanaq girəcəyinə dirənir
– uşaqlıq boynu yumşalır
– oma və qarınin alt hissəsində sancılar baş verir
– dölyanı suyun açılması baş verir.
Doğuşun başlamasını bildirən əsas əlamət isə uşaqlığın tənzim olmayan yığılması və uşaqlıq boynunun ifrazatının olması. Uşaqlıq əzələsinin yığılması doğuşun əsas qovucu qüvvəsi sayılır. Bu zaman sancılar başlayır, əvvəl gec-gec, sonralar isə tezləşərək baş verir. Daha sonra hamilə qadına doğuşun ikinci pilləsi olan güc gəlir və qadın güc verməklə dölün uşaqlıqdan xaric edilməsinə yardım edir.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Doğuş və onun başlaması" haqqında müzakirə