Çoxdöllü hamiləlik


Baxış sayı: 70     Bölmə: Məqalələr / Hamiləlik və doğuş

Çoxdöllü hamiləlik.
Çoxdöllü hamilə qadınlar bütün doğan qadınların 1,5%-i təşkil edir. Çoxdöllü hamiləlikdə ölüm halları digər doğuşlardan 3-4 dəfə artıq olur.
Hamiləlik zamanı qadında 2 və daha artıq döl ayırd edilərsə, çoxdöllü hamiləlik adlanır. Çoxdöllü hamiləlikdən dünyaya gələn uşaqlar əkiz uşaqlar adlanır. Hər 70-80 doğulan uşaqdan birində əkiz, 6000-7000 doğuşdan birində isə 3 uşaq doğulur. Çoxdöllü hamiləliyin səbəbləri bir sıra faktorlardan asılıdır:
* ər və arvadın ailələrində yaxud nəslində əkizlərin olması
* qadının yaşı 18 az və ya 30-dan yuxarıdırsa
* hamiləliyə qədər aybaşı tsiklinin pozulması
* hormonal müalicə
* ovulyasiyanın stimulyasiyası
* hormonal kontraseptivlərin qəbulu.
Çoxdöllü hamiləlik eyni vaxtda yetişmiş 2 yumurtahüceyrənin mayalanması və ya döllənmiş bir yumurtahüceyrədən iki dölün inkişaf etməsi nəticəsində baş verir. Eyni yumurta əkizləri bir yumurtahüceyrədən əmələ gəlir və ya bir spermatozoidlə mayalanır. Bu zaman hər iki dölün ciftində qan damarları arasında anastamozlar olur. Tək yumurta əkizləri adətən eyni cinsdən olur.
Müxtəlif yumurta əkizləri mütəlif ciftə, su və xorion qişasına malik olur.
Çoxdöllü hamiləlikdə hamilə qadının orqanizmində adi hamiləliyə nisbətən daha yüksək dəyişikliklər gedir. Əksər hallarda ürək-damar sistemi, tənffüs sistemi, qaraciyər, böyrəklər və digər orqan və sistemlərdə bir sıra pozğunluqlar baş verir.
Çoxdöllü hamiləlikdə toksiplazmoz və nefropatiya təkdöllü hamilələrdəki kimi müxtəlif əlamətlərlə özünü göstərir. Bu zaman ürəkbulanma, qusma, qəbizlik, ödem, ağız suyunun axması baş verə bilir.скачать dle 11.1смотреть фильмы бесплатно

http://immunitet.az/
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir!
Paylaş
loading...

Sağlam həyat təzi sürmək insanın immunitetini yüksəldir və xəstəliklərdən uzaq edir.
Ən son tibbi məqalələri yalnız bizim portaldan oxuya bilərsiz. Müasir müalicə üsulları ilə bir çox xəstəliklərin sağaldılmasına kömək edirik.
Sayt Azərbaycan Həkimləri tərəfindən tərtib edilib, bütün hüquqlar qorunur.