Mamalıq zədələnmələri


Baxış sayı: 99     Bölmə: Məqalələr / Hamiləlik və doğuş

Mamalıq zədələnmələri.
Dölün uşaqlıqdan qovulma dövründə, uşaqlıq yolunun və aralığın həddindən artıq gərilməsi baş verir ki, bu da çox zaman zədələnmə ilə müşayiət edilir. Zədələnmələrə ilk doğanlarda 2-3 dəfə çox rast gəlinir. Zədələnmənin səbəbləri:
1. Açılış gəlişində başın doğulması.
2. Yaşı 30-dan yuxarı olan ilk doğan qadınlarda toxumanın rigidliyi
3. Yüksək aralıq, doğuşdan sonrakı çapıqlar.
4. Dar çanaq.
5. Operativ doğuşlar.
6. Doğuşun düzgün aparılmaması.
7. Sürətli doğuşlar.
Aralığın cırılmasının 3 dərəcəsi ayırd edilir:
Birinci dərəcə zədələnmədə arxa bitişmələr pozulur, lakin aralıq əzələləri öz tamlığını saxlayır.
İkinci dərəcə zədələnmədə aralığın dərisinin tamlığı pozulur, uşaqlıq yolunun divarı və aralıq əzələləri zədələnir.
Üçüncü dərəcədə aralıq sfinktora qədər çatır və bəzən düz bağırsağa qədər uzanır. Cırılma çox vaxt uşaqlıq yolunun aşağı 1/3 hissəsində baş verir.
Zədələnməyə diaqnoz döl doğulan kimi qoyula bilir. Çünki adi gözlə baxaraq diaqnoz qoymaq mümkündür.
Dölün uşaqlıqdan xaric olan kimi zədələnmənin bərpası təmin edilir. Çünki cırılmalar vaxtında bərpa edilmədikdə cinsi orqanların sallanması və düşməsi baş verə bilir. Zədələnməyə tikiş qoymaqla bərpası təmin edilir. Tikişlər yerli anesteziya ilə aparılır.скачать dle 11.1смотреть фильмы бесплатно

http://immunitet.az/
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir!
Paylaş
loading...

Sağlam həyat təzi sürmək insanın immunitetini yüksəldir və xəstəliklərdən uzaq edir.
Ən son tibbi məqalələri yalnız bizim portaldan oxuya bilərsiz. Müasir müalicə üsulları ilə bir çox xəstəliklərin sağaldılmasına kömək edirik.
Sayt Azərbaycan Həkimləri tərəfindən tərtib edilib, bütün hüquqlar qorunur.