Hamiləliyin ağırlaşmaları


Baxış sayı: 96     Bölmə: Məqalələr / Hamiləlik və doğuş

Hamiləliyin ağırlaşmaları.
Cift gəlişi.
Hamiləliyin ən qorxulu ağırlaşmalarından biri cift gəlişidir. Bu ciftin aşağı seqment nahiyyəsində yerləşməsidir. Cift gəlişində cift toxuması qismən və ya tamamilə uşaqlıq boynunun daxili dəliyini örtür. Uşaqlıq qanaxması bu zaman xovlararası sahənin tamlığının pozulması nəticəsində yaranır. Cift gəlişində, cift dölün gələcək hissəsindən aşağıda yerləşir.
Cift gəlişinin 4 növü var:
* mərkəzi
* yan
* kənari
* boyun cift gəlişi.
Cift gəlişinin baş verməsinin əsas səbəbi uşaqlığın selikli qişasının iltihabi dəyişikliyidir. Bu zaman mayalanmış yumurta hüceyrə, peyvənd olunmaq üçün əlverişli şərait tapa bilməyərək aşağı enir və uşaqlıq boynunun daxili dəliyi boğaz zonasında peyvənd olunur.
Hamiləliyin ikinci yarısında cinsiyyət yollarında qanaxmanın olması cift gəlişinin olmasına bir işarədir. Erkən baş verən qanaxmalar tam cift gəlişinin əlaməti hesab edilir.
Gec baş verən qanaxmalar isə natamam cift gəlişi ilə şərtlənir. Bu zaman qanaxmalar hamiləliyin 7-8-ci ayında baş verir. Adətən qanaxmalar gecə qəfildən və səbəb olmadan başlayır. Qanaxmalar güclənir, bəzən kəsilir, hətta kiçik bir gərginlik zamanı yenidən başlayır. Təkrari qanaxmalar hamilələrdə anemiyaya səbəb olur və bəzən uzunmüddətli olur. Qadın qısa müddətdə 1 litrə qədər qan itirərsə, gecikmiş yardım onun ölümünə səbəb olur.скачать dle 11.1смотреть фильмы бесплатно

http://immunitet.az/
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir!
Paylaş
loading...

Sağlam həyat təzi sürmək insanın immunitetini yüksəldir və xəstəliklərdən uzaq edir.
Ən son tibbi məqalələri yalnız bizim portaldan oxuya bilərsiz. Müasir müalicə üsulları ilə bir çox xəstəliklərin sağaldılmasına kömək edirik.
Sayt Azərbaycan Həkimləri tərəfindən tərtib edilib, bütün hüquqlar qorunur.