Hamiləlik vaxtı qıcqırmadan xilas olmanın yolları

  • Müəllif: redaktr
  • Tarix: 22 yanvar 2017
  • Baxış sayı: 2 232
  • 0 rəy

 Hamiləlik vaxtı qıcqırmadan xilas olmanın yolları
Nənələrimiz hamiləlik zamanı mədə qıcqırmasının ana bətnində olan uşağın tüklənməsi ilə əlaqələndiridilər.
Hamiləlik zamanı qıcqırma hamiləliyin 20-ci həftəsindən sonra baş verir.Bu ən çox qida qəbulundan sonra baş verir.Hamiləlik zamanı qıcqırma həzm sisteminin pozğunluğu səbəbli baş verir.Qıcqırmanın baş verməsinə səbəb mədəyə düşən qidanın oniki barmaq bağırsağa keçən hissəsində sfinktorun sıxılması və qidanın bağırsağa keçməsinin ləngitməsi olur.Bu zaman qida uzun müddət mədədə qalır və qıcqırmağa başlayır.Sfinktonun normal işləməməsinin səbəbi proqestron hormonunun normadan çox olmasıdır. Hamiləlik zaman qarının böyüməsi mədənin qıcıqlanmasına və bu səbəbdən mədənin sıxılmasına və mədədə turşuluğun artmasına səbəb olur.
Mütəxəssislər hamilə qadının dərman atmağının ona zərər verəcəyini qeyd edərək onun qidalanma rejiminə əməl edərək bu bəladan qurtaracağını söyləyir.
Belə ki,bəzi qida maddələri mədə turşuluğunun artmasının qarşısını almağa və ya turşuluğun azalmasına səbəb olur.Bu qidalara süd,qaymaq,parda bişən kotlet,suda bişmiş yağsız ət,balıq,ağ çörək daxildir.Bu qidalar mədə turşuluğunun azalmasına səbəb olur.
Həkimlər hamiləlik zamanı mədə qıcqırmsından əziyyət çəkən adamlara yağlı,qızardılmış,ədviyyatlı ,şirin və turş qidalardan uzaq durmağı məsləhət görür.Bundan başqa yemək yeyəndən ən azı 2 saat sonra yatmaq,piyada gəzmək mədə bağırsaq sisteminin işini yüngülləşdirərək qıcqırmanın azalmasına səbəb ola bilir.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Hamiləlik vaxtı qıcqırmadan xilas olmanın yolları" haqqında müzakirə