Göz xərçəngi


Baxış sayı: 462 117     Bölmə: Məqalələr / Xəstəliklər / Göz xəstəlikləri



Göz xərçəngi göz və göz çuxurunda əmələ gələn müxtəlif növ xərçənglərin ümumi adıdır. Xərçəng gözün üstündə, göz çuxurunda, göz almasında, göz yaşı axarında, konyuktivada əmələ gələ bilir. Statistikanın hesablamalarına gözün xərçəng xəstəlikləri arasında görə ən çox göz almasının bədxassəli şişinə rast gəlinir. Xəstəlik ən çox 50-75 yaşlarında olan adamlarda rast gəlinir.Xəstəliyin əmələ gəlməsində aşağıdakı faktorların rolunun olduğu qeyd edilir:
* sənaye zəhərlənmələri və pis hava
* irsi faktor
* ultrabənövşəyi şüalanmarın təsiri
* ağır metal duzları və kimyəvi maddələrin gözlərə təsiri
* AİDS xəstəliyi
Gözün xərçəng xəstəliyi morfoloji xüsusiyyətlərinə görə bədxassəli olur.
Klinikasi:
Gözün xərçəng xəstəliyi zamanı şiş toxuması göz dibindən başlayaraq gözün mərkəzinə doğru inkişaf etməyə başlayır.Şiş toxuması gözdə sarı rəngli ləkə kimi görünür.Xəstəlik aşağıdakı əlamətlərlə özünü biruzə verir:
* bulanıq görmə
* ani və müvəqqəti korluq
* baxış zamanı gözdə hərəkətli nöqtə və cizgilər
* göz bəbəyində meydana çıxan sarı ləkə
* gözün dəbərməsi
* göz hərəkətlərində dəyişikliklər
* gözdə qızarma və şişkinlik
* işığa qarşı həssaslıq
Göz xərçəngi adı altında xərçəngin bu növləri durur:
– göz xərçəngi melanoma
– göz daxili limfoma
– uşaqlarda əmələ gələn retinablastoma
– hemangioma
– göz qapağının karsinoması
– göz yaşı vəzinin xərçəngi
Xəstəliyə tutulmaq üçün aşağıdakı adamlar risk altındadır:
* gözləri rəngli olanlar
* yaşlılar
* AİDS xəstələri
* orqan transplantasiya olunan adamlar
Xəstəliyin müalicəsi cərrahi yolla aparılır.Xəstəyə radioterapiya və kimyaterapiyası aparılır.скачать dle 11.1смотреть фильмы бесплатно

http://immunitet.az/
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir!

"Göz xərçəngi" məqaləsini sosial şəbəkələrdə paylaş

loading...

"Göz xərçəngi" məqaləsinə komment yazmaq

Sağlam həyat təzi sürmək insanın immunitetini yüksəldir və xəstəliklərdən uzaq edir.
Ən son tibbi məqalələri yalnız bizim portaldan oxuya bilərsiz. Müasir müalicə üsulları ilə bir çox xəstəliklərin sağaldılmasına kömək edirik.
Sayt Azərbaycan Həkimləri tərəfindən tərtib edilib, bütün hüquqlar qorunur.