Gözlərə qulluq


Baxış sayı: 431 301     Bölmə: Məqalələr / Xəstəliklər / Göz xəstəlikləri

Gözlərə qulluq
Gözlərin həmişə sağlam olması üçün onları yorğunluqdan qorumaq lazımdır. Bunun üçün uzanmaq, gözlərin üstünə və üzə cökə çiçəyində isladılmış dəsmal qoymaq lazımdır. Bu zaman nəinki gözlər istirahət edir, hətta üzün dərisi də qidalanır.
Əgər gözlər iltihablaşmış, göz qapaqlqrı şişmişsə kompres eləmək olar. Gözün dairəsi boyda tikilmiş torbalara çay və ya çobanyastığı çiçəyi, cəfərini tökün və 5-10 dəqiqə qaynar suya salın. Sonra ilıq olduqda hər 2 gözün üstünə qoyun. Bu kompres gözün ətrafında əmələ gələn qırışların azalmasına səbəb olacaq.
Təzə kartofu sürtkəcdən keçirib, tənziflə gözünüzün üstünə qoyun. 15 dəqiqədən sonra kompresi götürün və gözünüzün ətrafına krem çəkin.
Gözləri çirk, toz və günəş şüalarından qorumaq lazımdır. Bunun üçün günəşli günlərdə tünd şüşəli eynək taxmaq məsləhət görülür. Bəzi göz xəstəlikəri zamanı, məsələn qlaukomada qara eynək taxmaq olmaz.
Gözləri qorumaq üçün qəbul edilən qidanın vitaminli olması da vacibdir. Gözlərin qidalanması üçün A, B, C və D vitaminləri lazımdır. Hətta bəzən uşaqlarda uzağı görməmə qüsurunu D vitamini ilə müalıcə edirlər.
Görmə qabiliyyəti zəifləyən kimi həkimə müraciət etmək lazımdır. Çünki vaxtında eynək taxılmaması baş ağrılarına səbəb olur. Özünə görə seçilməyən eynəklər də insanlarda görməni daha da korlayır.
скачать dle 11.1смотреть фильмы бесплатно

http://immunitet.az/
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir!
Paylaş
loading...

Sağlam həyat təzi sürmək insanın immunitetini yüksəldir və xəstəliklərdən uzaq edir.
Ən son tibbi məqalələri yalnız bizim portaldan oxuya bilərsiz. Müasir müalicə üsulları ilə bir çox xəstəliklərin sağaldılmasına kömək edirik.
Sayt Azərbaycan Həkimləri tərəfindən tərtib edilib, bütün hüquqlar qorunur.