Arxa ətrafların sinirlərinin nevropatiyası


Baxış sayı: 265     Bölmə: Məqalələr / Xəstəliklər / Fizioterapiya və travmatologiya

Arxa ətrafların sinirlərinin nevropatiyası.
Aşağı ətrafların sinirlərinin nevropatiyası ümumi kiçik qamış sümüyü və ya onun şaxələri, səthi kiçik qamış və ya böyük qamış siniri sümüyünün başı səviyyəsində zədələnə bilir. Nevropatiyalar sinirlərin zədələdiyinə görə baş verir. Bu zədələnmələrə ən çox ayağnı, ayağının üstünə aşırıb oturan adamlar arasında rast gəlinir. Diabet, vaskulit, disproteinemiya və s.etioloji amillər səbəbli də arxa ətrafların sinirlərinin nevropatiyasına səbəb ola bilir.
Əlamətləri:
Ümumi kiçik qamış sinirinin zədələnməsi zamanı pəncənin arxa bükücü əzələlərində zəiflik meydana çıxır, pəncənin bayır tərəfə dönməsi zəifləyir. Bu zaman baldırın və pəncənin bayır səthinin keyiməsi qeyd edilir. Bu zaman sanki xəstələr ayaqlarını şappıldadaraq gəzirlər.
Böyük qamış sinirinin ön şaxələrinin zədələnməsi pəncənin və barmaqların bükülməsinin zəifləməsinə səbəb olur. Bu sinir içəri topuğun arxasından keçdiyi yerdə, eləcə də pəncənin daraqönü sahəsindəki kanalda zədələnə bilər.
Ayağın altı boyunca və pəncə barmaqları əsasında ağrı, sancalar, keyişmə təzahür edir. Ayaqaltı sinirin medial və lateral şaxələri prosesə cəlb oluna bilir. Birinci sinirin zədələnməsi zamanı pəncənin medial hissəsində, ikincinin zədələnməsi zamanı isə pəncənin yan səthində xoşagəlməz hisslər qeyd olunur. Bu zaman pəncənin median və bayır səthində hissiyyatın pozulması baş verir.
Xəstəliyə diaqnozun qoyulması çətinlik törətmir.
Müalicə hormonların yerli tətbiqi ilə aparılır. Müalicənin effekti olmadıqda cərrahi müdaxilə tətbiq edilir. Bu zaman sinirin dekompressiyası aparılır.скачать dle 11.1смотреть фильмы бесплатно

http://immunitet.az/
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir!

"Arxa ətrafların sinirlərinin nevropatiyası" məqaləsini sosial şəbəkələrdə paylaş

loading...

"Arxa ətrafların sinirlərinin nevropatiyası" məqaləsinə komment yazmaq

Sağlam həyat təzi sürmək insanın immunitetini yüksəldir və xəstəliklərdən uzaq edir.
Ən son tibbi məqalələri yalnız bizim portaldan oxuya bilərsiz. Müasir müalicə üsulları ilə bir çox xəstəliklərin sağaldılmasına kömək edirik.
Sayt Azərbaycan Həkimləri tərəfindən tərtib edilib, bütün hüquqlar qorunur.