Yuxunu dərinləşdirmək üçün qidalar

  • Müəllif: elnare
  • Tarix: 29 dekabr 2016
  • Baxış sayı: 2 617
  • 0 rəy

Yuxunu dərinləşdirmək üçün qidalar.
Normal qidalanmadan başqa qəbul edilən içkilər və meyvələr də insanın yuxusunun dərinləşməsinə səbəb olur. İndi hamı yuxusuzluqdan şikayət edir. Amma yatmazdan əvvəl hansı meyvəni yeyərkən insanın yuxusunun dərin olduğunu çoxları bilmir. Mütəxəssislər aşağıdakı qidaların insanın sinir sisteminə sakitləşdirici təsir etdiyini söyləyirlər.
1. Banan.
Tərkibində olan kalium və maqnium qandan yaxşı sorularaq serotonin və melanin hormonunun artmasına və orqanizmin rahatlanmasına səbəb olur.
2. Buğda kəpəyi kaşası.
Səhər yeməyinin insana bütün gün boyu təsir etdiyini hamı bilir. Buğda kəpəyi kaşasının tərkibi mikroelementlərlə zəngin olduğu üçün o insanın sinir sisteminə sakitləşdirici təsir edir.
3. Soyutma yumurta.
Soyutma yumurtanın tərkibində çoxlu zülallar var. Bu zülallar orqanizm tərəfindən yaxşı sorulur. Axşam vaxtı acdığınızda soyutma yumurta yesəniz yuxunuz dərinləşər.
4. Tuna balığı.
Tuna balığı zülallarla zəngindir. O insanı artıq kalorilərdən xilas edərək yuxusunu dərinləşdirir. Axşam yeməyinizdə bir dilim tuna balığı, bir dilim çörək və bir ədəd xiyar yesəniz yuxunuz daha dərin olar.
5. Badam.
Tərkibində olan maqnium sayəsində badam orqanizmə rahatlıq hissi verir və onun yuxusunu dərinləşdirir.
Mütəxəssilər zərərli və artıq qidaların insanın yuxusuna mənfi təsit etdiyini söyləyir və yuxu pozğunluqları olan adamlara qıcıqlandırıcı və kəskin qidalardan uzaq durmağı məsləhət görür.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Yuxunu dərinləşdirmək üçün qidalar" haqqında müzakirə