Kalium dieti ilə arıqlama

  • Müəllif: elnare
  • Tarix: 29 dekabr 2016
  • Baxış sayı: 2 580
  • 0 rəy

Kalium dieti ilə arıqlama
Kalium dieti orqanizmdə kaliumun miqdarı normadan aşağı olduğu zaman patologiyalar meydana çıxdıqda təyin edilir. Orqanizmdə kaliumun az olması əzələlərdə qıcolmalarla, ürək ritminin pozğunluğu ilə, artıq mayenin ləng çıxması və sairə ilə özünü göstərir.
Xəstəyə kalium dieti tətbiq edildikdə onların qida rasionuna, tərkibi kaliumla zəngin qidalar salınır. Tərkibi kaliumla zəngin olan qidalar:
– ərik
– lobya
– skumbrya balığı
– buğda
– yaşıl noxud
– çuğundur
– üzüm
– şaftalı
Gündəlik qida rasionu
1 ci səhər yeməyi – təzə kartof 200 qram, südlü kofe, 180 qram ərik qurusu
2-ci səhər yeməyi – təzə kələm və yerkökü şirəsi, 50 qram ərik
Günorta yeməyi – şorba, kartof püresi, meyvə jelesi, skumbrya balığı
2-ci günorta yeməyi – 100 qram itburnu meyvəsi, 100 qram ərik
Axşam yeməyi – kartof püresi, 100 qram itburnu meyvəsi
Yatmazdan əvvəl – meyvə.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Kalium dieti ilə arıqlama" haqqında müzakirə