Yumurtanı necə bəzəməli?

  • Müəllif: elnare
  • Tarix: 1 may 2017
  • Baxış sayı: 2 929
  • 0 rəy

  Yumurtanı necə bəzəməli?

Bayramlarda yumurta bəzəməyin maraqlı olması yumurtanın ildə bir bəzənməyindədir. Novruz byramında qadınların hər biri yumurtaları özünəməsxux bəzəməklə sanki, öz əl işlərini ətrafdakılara nümayiş etdirir.
Sizlərə asan yollar fərqli yumurta bəzəməyin yollarını öyrətmək istəyirik. Bu üsulla siz yumura bəzəyərək ətrafınızdakıları təəccübləndirə bilərsiniz.
  1. 1. Yumurtanı soyuq suda isladın və üstünə soğan babığı büküb kapron coraba qoyun. Sonra yumurtanı suya qoyub qaynadın. Suya az miqdara briliant abısı (zelyonka) və bitki yağı əlavə edin. Yumurta bişdikdən sonra kapronu çıxarın və onu soyuq suya salın.
  2. 2. Bişmiş ağ yumurtanı rəng və bitki yağı qarışımına salın, sonra qurumağa qoyun.
  3. 3. Yumurtanın üzrərinə kiçik bitkilərin yarpaqlarını qoyun və kapron coraba bükün. Bükərkən yarpağın tərpənməməsinə əmin olun. Sonra yumurtanı qəng qatılmış suya salıb bişirin.  
  4. 4. Evinizdə köhnə ipək parça və ya ipək qalstuk varsa o zaman yumurtanın üstünü onunla səx bağlayın və bişirməyə qoyun.
  5. 5. Müxtəlif və ya birrəngli toxuma sapınnı yumurtanın üstünə sarıyın və bişməyə qoyun. Bişdikdən sonra sapları sökün.
  6. 6. Ağ rəngli yumurtanı bişirin. Sonra stəkanı su ilə doldurub içərisinə rəng qatın. Bişmiş yumurtanın yarısını suya salın. Bir qədər saxladıqdan sonra bir az da dərinə batırırn, sonra yenə bir qədər saxladıqdan sonra drinə batırın. Yumurtanı qurumağa qoyun. Suyun içərisində saxlanılma vaxtından asılı olaraq yumurtanın üstündə rəngin müxtəlif çalarları təsvir olunacaq.
  7. 7. Yumurtanın üstünə krujeva bükün və rəngli suda qaynadın.
  8. 8. Yumurtanı bişirin, soyuduqdan sonra şamı əridin onun üzərinə müxtəlif şəkillərdə tökün. Sonra yumurtanı rəngli suya salıb çıxarın. Rənglər quruduqdan sonra isə qurumuş şamı qoparıb, təmizləyin.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Yumurtanı necə bəzəməli?" haqqında müzakirə