Breketlər

  • Müəllif: admin1
  • Tarix: 27 dekabr 2016
  • Baxış sayı: 5 245
  • 0 rəy

Breketlər
Breketlər- dişlərin daxili və xarici səthlərinə bərkidilən ortodontik qurğulardır.
Breketlər haqqında:
Hər breket fərdi hazırlanır, dəqiq konfiqurasiyaya və məqsədə – dişlərə xüsusi hərəkət istiqaməti verməyə xidmət edir. Breketə xüsusi ortodont qövsü birləşdirilir ki, bu da hər əyilmədə əvvəlki vəziyyətə qayıtmağa imkan verir. Qövslərə yardım olaraq fırça qıfıllar, metallik və elastik zəncirlər istifadə oluna bilər.
Hazırda liqaturasız və liqaturalı breketlər tətbiq olunur. Liqaturasız breketlərdə liqaturalar xüsusi fiksəedici elementlərlə əvəz olunur.
Breketlər necə olur:
Öz xarici görünüşlərinə görə breketlər metallik və estetik olaraq 2 yerə bölünür:
-Metallik breketlər tibbi poladdan hazırlanır, estetik breketlər müxtəlif materiallardan hazırlanır ki, bunlardan məqsəd düzgün dişləmi təmin etmək, insanın xarici diskomfortunu aradan qaldırmaqdır. Əgər adamda metala qarşı allegiya varsa hipoallergik və ya qızıl suyuna cəkilmiş breketlərdən istifadə olunur.
-Estetik breketlər – keramik, elastik və ya sapfir breketlər istifadə olunur.
Qövslərin birləşmə üsuluna görə aşağıdakı növləri var:
-Liqaturalı – bu zaman qövsə breket xüsusi liqatura ilə birləşir ki, bu da elastik (rezin) material və ya metaldan (xüsusi məftil) hazırlanır.
-Liqaturasız və ya özüliqaturalı breketlərdir ki, bunlar da xüsusi qıfıl vasitəsilə fiksə olunur.
Bərkidilmə yerinə görə breketlər bölünür:
-Xarici və ya vestibulyar – əksər hallarda dişin xarici səthinə fiksə olunur.
-Daxili və ya linqval öz gülüşündə estetik görünüş istəyənlər üçün istifadə olunur. Belə breketlər pasiyentlərə daha baha başa gəlir.
Yadda saxlamaq lazımdır ki, breket- sistem savadlı həkim-ortodont tərəfindən xəstənin maliyyə vəziyyəti, diş sırasının xüsusiyyəti nəzərə alınaraq tətbiq olunur. Breket-sistemi tətbiq etməmişdən qabaq karies dişlər müalicə olunmalı, peşəkarcasına təmizlənməlidir.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Breketlər" haqqında müzakirə