Dəri xərçəngi nədir?


Baxış sayı: 203     Bölmə: Məqalələr / Xəstəliklər / Dəri xəstəlikləri

  

Onkoloji xəstəliklər sırasında ən çox rastlaşılan dəri xərçəngi 3-cü yerdədir. Dəri xərçəngi əsasən bədənin açıq hissələrində yaranır, 70%-i şişlər isə üz nahiyyəsində inkişaf edir. Bu şişlərin ən “sevimli” yerləri alın, burun, göz ətrafları, gicgahlar və qulaq seyvanıdır.

Səbəbləri
Dəri xərçənginin yastı və bazal hüceyrələrinin inkişafı məlum deyil. Risk faktoru kimi tütün tüstüsü daxil olmaqla həddindən artıq günəş şüası, ionlaşdırıcı radiasiya, eləcə də, dəriyə düşən kimyəvi kanserogen təsiri göstərilə bilər. Xəstəliyin çoxalma və inkişafı yaş həddinə görə ehtimal olunur. Qadınlar və kişilər bu xəstəliyi eyni tezlikdə keçirirlər. Risk faktorlarına zəifləmiş immun sistemini də göstərmək olar, hansıki bu da QİÇS xəstələrində baş verir.

Əlamətləri
Formasından asılı olaraq dəri xərçəngi səthi eroziya, qabarcıq və düyün şəklində olur. Bəzən əlamət olmadan, bəzən isə qanama və ağrılar olmadan əmələ gəlir.
Nə edə bilərsiniz?
Dəri səthində şübhəli elemetlər gördüyünüz halda dermotoloqa müraciəti ləngitməməyə çalışın. Ehtiyac olduğu halda həkim-onkoloqa yönləndiriləcəksiniz.

Həkim nə edə bilər?
Dəri xərçənginin diaqnozu dərinin şübhəli hissələrində histoloji müayinə aparılaraq qoyulur. Xərçəngin müalicəsi əsasən cərrahi yolla aparılır. Bu şişlərin klassik yolla kəsimi, krioterapiya və yaxud da elektroaqulyasiyadır. Əlavə üsul kimi bəzən də şüa terapiyasından istifadə olunur. Erkən diaqnoz xəstəliyin proqnozlaşdırılması üçün faydalıdır.

Profilaktikası
Dəri xərçənginin qarşısının alınması üçün dəriyə fiziki və kimyəvi kanserogenlerin dəriyə təsirini azaltmaq lazımdır (siqaret tüstüsü, günəş şüaları, ultrabənövşəyi şüalar). Kanserogen tərkibli maddələrlə təmasda olduqdan sonra şəxsi gigiyenaya diqqət etmək, müntəzəm olaraq qidalandırıcı və günəşdən qoruyucu kremlərdən istifadə etmək lazımdır. Dəri xərçənginə irsi meylli olan şəxslərə isə müntəzəm olaraq onkolo müayinəsinə getmək tövsiyyə olunur.

скачать dle 11.1смотреть фильмы бесплатно

http://immunitet.az/
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir!
Paylaş
loading...

Sağlam həyat təzi sürmək insanın immunitetini yüksəldir və xəstəliklərdən uzaq edir.
Ən son tibbi məqalələri yalnız bizim portaldan oxuya bilərsiz. Müasir müalicə üsulları ilə bir çox xəstəliklərin sağaldılmasına kömək edirik.
Sayt Azərbaycan Həkimləri tərəfindən tərtib edilib, bütün hüquqlar qorunur.