Psoriaz


Baxış sayı: 2 169     Bölmə: Məqalələr / Xəstəliklər / Dəri xəstəlikləri

 
Psorıaz xəstəliyi dərinin zədələnməsilə müşayiət olunan qeyri-infeksion xroniki xəstəlikdir.
Psoriazın əlamətləri:
Xəstəliyin autoimmun xarakterli olması güman olunur. Psoriaz xəstəliyi zamanı dəriyə gözlə baxanda onun həddindən artıq quru olduğu, qırmızı və dəri səthindən bir qədər qabarmış səpgilərin olduğu görünür. Bu səpgili ləkələrə psoriatik ləkələr deyilir. Xəstəliyin əmələ gəlməsi hələ də tibbə məlum deyil. Xəstəliyin əlamətləri növündən, səpginin ölçüsündən asılı olaraq dəyişir.
Əvvəlcə xəstəlik bir-birinə yaxın olan xırda qabarcıqlar şəklində özünü biruzə verir. Bu qabarcıqlar bir-birindən boz rəngli xətlərlə birləşir. Daha sonra isə iri ləkələr şəklini alır. Adətən psoriaz ləkələri ovucun içində, dizlərdə, oynaqlarda, başın tüklü hissəsində lokallaşır.
Psoriaz xəstəliyinin ən pis növu epidermik psoriazdır. Psoriazın bu növü qızdırma ilə müşayiət olunur. Bu zaman xəstənin qanında da dəyişikliklər baş verir, ləkələr getdikcə artıb bütün bədənin dəri səthini tutur. Psoriaz xəstəliyi dərinin tüklü hissəsində olarsa, oradakı tüklər tökülür.
Müalicəsi:
Psoriaz xəstəliyi tam müalicə oluna bilinməyənən xəstəliklərdəndir. Müalicə zamanı həkim xəstəyə kortikosteroıd mazlar, plazmaparez, kimyaterapiya təyin edir. Bununla yanaşı xəstəyə pəhrizə əməl etmək, kəskin istiotlu, ədviyyatlı qidalardan uzaq durmaq tövsiyə olunur.скачать dle 11.1смотреть фильмы бесплатно

http://immunitet.az/
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir!
Paylaş
loading...

Sağlam həyat təzi sürmək insanın immunitetini yüksəldir və xəstəliklərdən uzaq edir.
Ən son tibbi məqalələri yalnız bizim portaldan oxuya bilərsiz. Müasir müalicə üsulları ilə bir çox xəstəliklərin sağaldılmasına kömək edirik.
Sayt Azərbaycan Həkimləri tərəfindən tərtib edilib, bütün hüquqlar qorunur.