Baş qaşınmasının səbəbləri


Baxış sayı: 1 964     Bölmə: Məqalələr / Xəstəliklər / Allergik xəstəliklər

 
Baş qaşınmasının səbəbləri.
Başın qaşınmasına səbəb tük diblərində olan müxtəlif problemlərdir. Baş qaşınması ən çox yeniyetmələrdə və yaşlılarda rast gəlinir. Bu zaman baş dərisində bəzi əlamətlər meydana çıxır:
* gözlə görülən qızartılar
* bəzi hissələrdə sızanaqlar
* saç dərisində olan kəpəklər.
Əlamətlər birdən-birə başlayır və insana narahatçılıq hissi verir. Bəzən bunun səbəbini yağlı dərinin həddindən artıq yağlanmasıdır. Bu zaman başın dərisində kəpək, infeksiyalar, iltihabi ocaqlara rast gəlmək olur. Bəzi vaxtlar autoimmun xəstəliklər də baş qaşınmasına səbəb ola bilir. Amma əsasən başın qaşınmasına aşağıdakılar səbəb ola bilir:
* saç dərisində aknelər
* allergiyaya səbəb olan saç boyaları
* qaynar su ilə yumaq
* ekzema
* göbələk xəstəlikləri
* hipotrioz
* psoriaz
* stress
* günəş yanığı.
Baş qaşınmasının verdiyi rahatsızlıq onun şiddətindən və qaşınmanın müddətindən asılıdır. Qaşıntı başın bir hissəsində və ya bütöv saç dibində ola bilər.
Baş qaşınmasının müalicəsi onu törədən səbəbləri aradan qaldırmaqdan ibarətdir. Əgər səbəb dermatitdən qaynaqlanırsa saçlara xüsusi qulluq etmək lazımdır, yox əgər göbələk mənşəli qaşınmadırsa göbələk əleyhinə müalicə tələb olunur. Bitki tərkibli müxtəlif saç şampunları da vardır ki, onlar baş dərisinə müalicəvi təsir göstərir. Onların istifadəsi saçların dibində olan iltihab əlamətlərini və dəridəki qıcıqlanmaları aradan qaldırır.скачать dle 11.1смотреть фильмы бесплатно

http://immunitet.az/
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir!
Paylaş
loading...

Sağlam həyat təzi sürmək insanın immunitetini yüksəldir və xəstəliklərdən uzaq edir.
Ən son tibbi məqalələri yalnız bizim portaldan oxuya bilərsiz. Müasir müalicə üsulları ilə bir çox xəstəliklərin sağaldılmasına kömək edirik.
Sayt Azərbaycan Həkimləri tərəfindən tərtib edilib, bütün hüquqlar qorunur.