Dəridə qaşıntı nədən olur?


Baxış sayı: 55     Bölmə: Məqalələr / Xəstəliklər / Allergik xəstəliklər

Dəridə qaşıntı nədən olur?
Dərman qəbul edildiyi zaman, açıq və küləkli havada gəzdikdən sonra, sintetik paltar geyinən zaman dərinizdə qaşıntıların olması sizin allergiyaya meyilli olduğunuzu göstərir. Dəridə qaşıntıların olması insanı narahat edən bir hissdir. Qaşınma hissi artarsa dəridə qızartılar, şişkinlik, ağrı, qabıqvermə və yara izi kimi izlər qoyur. Dəridə qaşıntıların olması qaşıntılardan sonra dəridə cızıqların əmələ gəlməsinə səbəb olur.
Dəridə qaşınmanın əmələ gəlməsinin bir çox səbələri ola bilr. Qaşıntı müxtəlif dərmanların orqanizmə verdiyi allergiya səbəbli, əsəb sistemində baş verən xəstəliklər zamanı, suçiçəyi, qızılca və məxmərək xəstəliklərində də meydana çıxır. Qaşınma zamanı dəridə əmələ gələn qaşıntı izləri bir müddət sonra sağala bilir, amma suçiçəyi zamanı yara qaşınıb dərinin tamlığı pozularsa, dəridə izlər qoya bilir. Qaşıntı yerinə infeksiyanın düşməsi yaranın dərinləşməsinə və adi bir qaşıntının problemə çevrilməsinə səbəb ola bilər.
Dəridə qaşıntıların meydana gəlməsi dermatit adlı dəri xəstəliyinin əlamətidir. Müxtəlif kosmetik vasitələr, ətirlər, kremlər, paltar yumaq üçün istifadə edilən yuycu tozlar, zərərli bitkilər dəridə qaşıntının əmələ gəlməsinə səbəb ola bilir.скачать dle 11.1смотреть фильмы бесплатно

http://immunitet.az/
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir!

"Dəridə qaşıntı nədən olur?" məqaləsini sosial şəbəkələrdə paylaş

loading...

"Dəridə qaşıntı nədən olur?" məqaləsinə komment yazmaq

Sağlam həyat təzi sürmək insanın immunitetini yüksəldir və xəstəliklərdən uzaq edir.
Ən son tibbi məqalələri yalnız bizim portaldan oxuya bilərsiz. Müasir müalicə üsulları ilə bir çox xəstəliklərin sağaldılmasına kömək edirik.
Sayt Azərbaycan Həkimləri tərəfindən tərtib edilib, bütün hüquqlar qorunur.