Hamiləliyin 29-cu həftəsində nələr baş verir?

  • Müəllif: elnare
  • Tarix: 22 may 2017
  • Baxış sayı: 14 359
  • 0 rəy

Hamiləliyin 29-cu həftəsində nələr baş verir?

Hamiləliyin 29-cu həftəsində uşağın boyunun uzunluğu 36 sm, çəkisi isə bir kiloqramdan artıq olur. 29-cu həftədə uşaq artıq körpə kimi formalaşır. Onun ovucunun içərisində əl gizgiləri formalaşmağa başlayır. Bu zaman körpənin başının diametri 73 mm, döş və qarın bölgəsinin ölçüləri isə 74,4mm və 79,3 mm olur.

Bu dövrdə uşağın qanı onun orqanizmini oksigenlə qidalandırır və infeksiyalardan qoruyur. Orqanizm oksigenlə qidalandıqca uşağın ağ ciyərləri açılmağa başlayır. Körpənin böyrəkləri isə gün ərzində yarım litr sidik ifraz edir. Bu həftədən uşağın mədə-bağırsaq sistemi inkişaf edir və artıq süd qəbul edib onu həzm edə biləcək vəziyyətə gəlir.
Hamiləliyin bu dövründə qadınlar özlərini çox yorğun hiss edirlər. Onların vəziyyəti getdikcə ağırlaşır. Bu səbəbdən də işləyən qadınların analıq məzuniyyəti bu vaxtlara təyin edilir.
Hamiləliyin 29-cu həftəsində ananın qarnı bir az da böyümüş olur. Bu səbəbdən də tez-tez bel hissədə ağrıların əmələ gəlməsindən narahat olurlar. Bu dövrdən başlayaraq qadınların əmək qabiliyyətləri azalmağa başlayır.
Hamiləliyin 29-cu həftəsində uşaqlığın ölçüsü 29 sm olur. Qarın böyüyür və dəridə dartılmalar əmələ gəlir. Dartılan dəri isə qaşınır. Bu zaman qarın bölgəsinin dərisinə yüngül krem sürtüb sərt moçalka ilə massaj etmək lazımdır, yoxsa dəridə quruluq əmələ gəlib dərinin bir az da qaşındıracaq.
Hamiləliyin 29-cu həftəsində qəbizlik, babasil meydana çıxmağa başlayır. Varikoz genəlməyə meyilli qadınlarda isə ayaq venaları daha da genişlənməyə başlayır və xəstənin ayaqlarında ağırlıq hissi artmağa başlayır.
Bu dövrdə hamilə qadının qidasına daxil olan hər hansı bir şeyin azlığı və çoxluğu patoloji vəziyyət əmələ gətirir.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Hamiləliyin 29-cu həftəsində nələr baş verir?" haqqında müzakirə