N.Tusi adına Klinika


Baxış sayı: 110     Bölmə: Klinikalar

 

N. Tusi adına Klinika geniş profilli müalicə – diaqnostika müəssisəsi olub poliklinika və stasionar şöbələrindən ibarətdir. Klinikanın instrumental diaqnostika bölməsi ən müasir tibbi avadanlıqlarla təchiz olunmuşdur. Laborator və kliniki müayinələr ( laboratoriya şöbəsində 300dən artıq geniş spektrli testlər aparılır. İlk dəfə olaraq Azərbaycanda N. Tusi adına Klinikada müasir PZR diaqnostikanın bütün tələblərinə cavab verən şöbə yaradılmışdır), ultrasəs müayinə ( ultrasəs müayinə kabineti premium klass Philips iU22 x MATRİX rəqəmli ultrasəs sistemi ilə təchiz olunmuşdur. Bu sistem unikal funksional imkanlara malikdir (Live 3D\4D – real zaman daxilində 3 ölçülü təsvirlərin alınması, dölün 3D\4D USM-i, doppleroqrafiya),endoskopik müayinələr (endoskopiya şöbəsi Yaponiyanın Pentax və Olympus firmalarının videoendoskopik avadanlıqları ilə təchiz olunmuşdur. Müasir avadanlıq mədə-bağırsaq və tənəffüs sistemi xəstəliklərinin qısa zaman ərzində və ağrısız müayinə olunmasına imkan yaradır), rentgen (Azərbaycanda ilk dəfə olaraq N. Tusi adına Klinikada tam rəqəmli PHİLİPS Duo Diaqnost Rail rentgen aparatı qurulmuşdur. Müayinə zamanı şüalanmanın dozası qat-qat azalmışdır), kompyuter tomoqrafiya ( klinikanın radioloji şöbəsində Multislice PRESTO aparatı quraşdırılmışdır), maqnit rezonans tomoqrafiya ( hazırda N. Tusi adına Klinikada Azərbaycanda ilk dəfə olaraq açıq tipli maqnit rezonans tomoqrafiyadan istifadə olunur), funksional diaqnostika ( klinikada müasir ultrasəs sisteminə malik Philips IE-33 aparatı vasitəsilə exokardioqrafiya müayinəsi aparılır) (kompyuter elektroensefaloqrafiyasının bir sıra üstünlükləri vardır: EEQ qeydlərinin riyazi hesablanması, spektral və koqerent analiz, rəngli topoqrafik kartlaşdırılma və s.. Bu üstünlüklər beyin strukturunda olan patoloji ocaqların lokalizasiyasını dəqiqləşdirməyə imkan verir).

Ünvan: Zərdabi küç. 53,
Bakı, Azərbaycan, AZ1009
Tel:  431 35 31 | 433 66 84/87/89/91
Faks:  430-85-27

Facebook – Rəsmi səhifəsi

Web – www.tusiklinika.az


 

 

http://immunitet.az/
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir!

"N.Tusi adına Klinika" məqaləsini sosial şəbəkələrdə paylaş

loading...

"N.Tusi adına Klinika" məqaləsinə komment yazmaq

Sağlam həyat təzi sürmək insanın immunitetini yüksəldir və xəstəliklərdən uzaq edir.
Ən son tibbi məqalələri yalnız bizim portaldan oxuya bilərsiz. Müasir müalicə üsulları ilə bir çox xəstəliklərin sağaldılmasına kömək edirik.
Sayt Azərbaycan Həkimləri tərəfindən tərtib edilib, bütün hüquqlar qorunur.