Qaynar Məqalələr

Bağırsaqların funksiyasının pozulması

bagirsak

Bağırsaqların funksiyasının pozulması.
Bağırsaqlarda həzm prosesinin normal gedişi bir-biri ilə əlaqədar olan 3 prosesdən ibarətdir:
– həzm şirəsinin sekresiyası
– qida maddələrinin hidrolizi
– sorulma.
Bunlardan başqa bağırsaqların hərəki, inkretor və ekskretor funksiyaları vardır. Mədədən onikibarmaq bağırsağa gün ərzində 4-6 litrə qədər qida qarışığı (qida maddələri, su, həzm şirələri) keçir. Həmin müddət ərzində buraya 1,5 l-ə qədər öd, 2 l-ə qədər mədəaltı vəz şirəsi və 2 l-ə qədər bağırsaq şirəsi tökülür. Bu maddələrin qarışığına isə ximus deyilir.
Mədədən onikibarmaq bağırsağa keçən qida kütlələrinin həzmi mədəaltı vəz şirəsinin, ödün və bağırsaq şirəsinin iştirakı ilə davam edir. Bağırsaq şirəsinin tərkibində olan maddələr və fermentlər həzmin gedişini sürətləndirir. Nazik bağırsaqda isə həzm prosesi zəifləyir. Nazik bağırsaqların aşağı hissəsində qəbul edilən qida maddələri qana və limfa damarlarına keçir.
Bəzi patoloji proseslər isə bağırsaqların funksiyasının pozmaqla həzmin getməsinə mane olur. Bağırsaqların sekretor funksiyasının pozulmasına aşağıdakılar səbəb ola bilir:
– iltihabi proseslər
– duodenit
– enterit
– kolit
* onikibarmaq bağırsağın xora xəstəliyi.
İltihabi xəstəliklər mədə şirəsinin tərkibində seliyin miqdarının artmasına səbəb olur.
Nazik bağırsaqlarda həzm prosesinin gedişi mədəaltı vəz şirəsinin və ödün sekresiyasından asılıdır. Nazik bağırsaqlarda həzm aşağıdakı hallarda pozula bilir:
* mədəaltı vəzin çıxacaqlarının tutulması zamanı
* kəskin və xroniki pankreatitlər
* onikibarmaq bağırsağın iltihabı
* azan sinirin zədələnməsi
* mədəaltı vəzin şirələri
* allergik zədələnmələr.
Bağırsaq funksiyalarının pozulmalarına öd sekresiyasının axmaması və ya azalması, mədəaltı vəzin şirəsinin azalması və ya axmaması, mədəaltı vəzin travmaları da səbəb olan amillərdən sayılır.

immunitet.az

loading...

Məsləhət Görürük

udma

Udma aktı və pozulmaları

Udma aktı və pozulmaları. Udma aktı mürəkkəb fizioloji proses olub 2 fazadan ibarətdir: – iradi …

Яндекс.Метрика

Designed by F.Aliyev