Qaynar Məqalələr

Addison-Birmer xəstəliyi

adison

Addison-Birmer xəstəliyi.
Bu xəstəlik B12 vitamininin kəşfinə kimi ölümlə nəticələnib. Ona görə də xəstəliyə bədxassəli anemiya adı verilib. Addison-Birmer xəstəliyinə ən çox yetkin yaşlı şəxslər tutulur (40 yaşdan yuxarı). Xəstəliyin əmələ gəlmə səbəbi tibbə məlum deyil. Güman edildiyinə görə xəstəlik mədənin selikli qişasında olan yardımçı hüceyrələrin irsən keçən zəifliyi nəticəsində inkişaf edir.
Xəstəlik yardımçı hüceyrələrin autoallergik zədələnmələri nəticəsində də yarana bilir. Belə halda qanda bu hüceyrələrin əleyhinə təsir göstərən anticismciklər olur. Bu anticismlər qanda fol turşusunun azalmasına səbəb olur.
Bədxassəli anemiyanın əmələ gəlməsinin səbəblərindən biri də B12 vitamininin orqanizm tərəfindən mənimsənilməməsidir. Bu əksər hallarda mədə-bağırsaq xəstəlikləri zamanı baş verir. Bu spru, regionar ielit, nazik bağırsağın böyük hissəsinin rezeksiyası zamanı baş verir.
Enli lent qurdu da B12 vitamini səbəbli bədxassəli anemiyanın baş verməsinə səbəb ola bilir.
Mədənin prezeksiya edilməsi əməliyyatı da bədxassəli anemiyanın baş verməsinə səbəb olur. Bu zaman əvvəlcə dəmir çatışmazlığı ilə əlaqədar olan anemiya yaranır, 3-4 il sonra isə orqanizmdə bədxassəli anemiya inkişaf edir.
Xəstəlik özünü qanazlığı və qanazlığı səbəbli əmələ gələn xəstəliklərlə biruzə verir. Diaqnoz qanın analizlərinin nəticələrinə əsasən qoyulur.
Müalicə zamanı qanartırıcılardan, həzm sistemini normallaşdırıcı preparatlardan istifadə edilir.

immunitet.az

loading...

Məsləhət Görürük

arterial

Hemodinamik arterial hipertenziyalar

Hemodinamik arterial hipertenziyalar. Aortanın koartasiyası. Arterial hipertenziyanın əmələ gəlmə səbəblərinə daxildir: – aortanın stenozu şəklində …

Яндекс.Метрика

Designed by F.Aliyev