Qaynar Məqalələr

Sobada toyuqlu makaron

makaron

 

Sobada toyuqlu makaron.

Lazım olanlar:
* 3 ədəd toyuq budu
* 500 qram makaron
* 1 stəkan konservləşmiş qarğıdalı
* 1 stəkan konservləşmiş yaşıl noxud
* 1 dəstə şüyüd.
Sous üçün:
* 3 xörək qaşığı duru yağ
* 2 qaşıq un
* 1 stəkan qaymaq
* duz, istiot, pul bibər, kəklikotu.
Üstünə tökməyə:
* pizza pendiri.
Hazırlanması:
Əvvəlcə budlar bişirilir, sudan çıxarılıb kub şəklində doğranır. Budların bişdiyi su kənarda saxlanılır. Makaronlar duzlu suda bişirilir və süzçəgdən süzülür, üstündən soyuq su ötürülür.
Sous hazırlamaq üçün qazana 3 xörək qaşığı duru yağ və 2 xörək qaşığı un qoyulub qovrulur. Un qovrulduqda budun suyu qazana əlavə edilir və tez-tez qarışdırılaraq un həll olana qədər bişirilir. Bişdikdə üzərinə qaymaq əlavə edilir və yenidən qarışdırılır. Sous hazır olduqda duz, istiot, pul bibər və kəklikotu əlavə edilir. Bişmiş makaronlar, qarğıdalı, noxud, ətlər və şüyüd də sousa əlavə edilərək qarışdırılır. Əldə edilən qarışım sobanın qabına tökülür və üzərinə pizza pendiri rəndələnib əvvəlcədən qızdırlımış sobaya qoyulur. Üzü qızardıqda sobadan çıxarılır və isti halda süfrəyə verilir.
Nuş olsun!

immunitet.az

loading...

Məsləhət Görürük

1234

Kremli peçenyalı biskvit

Kremli peçenyalı biskvit Lazım olanlar: * 2 paket kakaolu peçenye * 1 paket krem şanti …

Яндекс.Метрика

Designed by F.Aliyev