Qaynar Məqalələr

Kakaolu keks

 

keks-kakolu

Kakaolu keks
Lazım olanlar:
* 3 ədəd yumurta
* 1 stəkan şəkər tozu
* 1 stəkan süd
* 1 armudu stəkan duru yağ
* 1 paket vanil
* 1 paket qabartma tozu
* 3 xörək qaşığı kakao
* 1-2 stəkan un.
Sous üçü:
* 2-3 stəkan süd
* 1 stəkan şəkər tozu
* yarım stəkan duru yağ
* 2 xörək qaşığı kakao.
Əvvəlcə sous hazırlanır. Bunun üçün sous üçün lazım olanlar qarışdırılır və odun üstünə qoyulur, qarışdırılaraq bişirilir. Qaynamaq istədiyində odun üstündən götürülür.
Dərin qaba undan başqa digər ərzaqlar qoyulur və qarışdırılır. Sonra az-az un əlavə edilir və əvvəlcədən 175* qızdırılmış sobada bişirilir. Bişdikdən sonra keks sobadan çıxarılır və 5 dəqiqə sonra üstünə sous tökülür. Keks kvadrat şəklində doğranır və istənilən kimi bəzədilir.

immunitet.az

loading...

Məsləhət Görürük

1234

Kremli peçenyalı biskvit

Kremli peçenyalı biskvit Lazım olanlar: * 2 paket kakaolu peçenye * 1 paket krem şanti …

Яндекс.Метрика

Designed by F.Aliyev