Asfiksiya nədir

789

Asfiksiya nədir?
Asfiksiya kəskin tənəffüs çatışmazlığının ən ağır formasıdır. Bu zaman orqanizmə oksigen daxil olmur və karbon qazı xarici mühitə verilmir. Asfiksiyanın əmələ gəlməsinin əsas səbəbləri aşağıdakılardır:
* tənəffüs yollarının sıxılması, mənfəzinin şiş toxuması və ya yad cisimlə tutulması
* ağciyərlərə maye dolması
– suda boğulan adamların ağciyərlərinə su dolduqda
– dölün tənəffüs yoluna dölyanı maye dolduqda
* qırtlağın iltihab nəticəsində daralması
* tənəffüs əzələlərinin iflici
* toxuma tənəffüsünün pozulması.
Asfiksiya zamanı hipoksiya, hiperkaphiya və asidoz müşahidə edilir.
Asfiksiyanın inkişaf etməsi 4 mərhələdə gedir. Birinci mərhələdə təngnəfəslik müşahidə edilir, arterial təzyiq yüksəlir, ürək vurğuları sürətlənir. İkinci mərhələdə ekspirator təngnəfəslik meydana çıxır, təzyiq yüksəlir, sinir sisteminin fəallığı artır.
Üçüncü mərhələ tənəffüsün bir-neçə saniyədən bir 1-2 dəqiqə dayanması ilə xarakterizə olunur. Bu zaman arterial təzyiq azalır. Asfiksiyanın dördüncü mərhələsi terminal mərhələ hesab edilir. Bu zaman sinir mərkəzinin sarsıntısı nəticəsində reflekslər itir, bəbəklər genəlir, əzələlərin tonusu itir, arterial təzyiq kəskin surətdə aşağı düşür, ürək yığılmaları azalır, passiv nəfəsvermə müşahidə edilir.
Müşahidələr göstərmişdir ki, asfiksiya zamanı ürək fəaliyyəti tənəffüsün dayandığı andan sonra bir müddət davam edir.
Asfiksiya baş verən zaman onu yaradan səbəb aradan qaldırlmalı, toxumaların oksigenlə təhcizatı təmin olunmalıdır. Bu zaman süni tənəffüs, ürəyin xarici massajı və s. üsullarından istifadə edilir.

immunitet.az

loading...

Məsləhət Görürük

agciyerler

Ağciyərlərin xronik obstruktiv xəstəlikləri

Ağciyərlərin xronik obstruktiv xəstəlikləri. Ağciyərlərin xronik obstruktiv xəstəlikləri xronik, ləng proqressivləşən xəstəlik olub bronx ağacının …

Яндекс.Метрика

Designed by F.Aliyev