Xəzlərin təmizlənməsi

 

xez

Xəzlərin təmizlənməsi
Çox çirklənmiş xəzləri ev şəraitində təmizləmək mümkündür. Bunun üçün aşağıdakılardan istifadə edilməlidir:
Papaq və yaxalıq kimi kiçik xəzlərdə yağ ləkəsini benzinə batırılmış təmiz əski ilə silirlər. Bu zaman əskinin xəzin tükləri istiqamətində hərəkət etməsinə diqqət yetirmək lazımdır. Az yağlanmış xəzləri xovu istiqamətində, çox yağlanmış xəzi isə əks istiqamətdə təmizləmək lazımdır. Silindikdən sonra xəzi açıq havaya qoymaq lazımdır ki, benzinin iyi uçsun. Quruyandan sonra xəzi iri dişli daraqla daramaq lazımdır.
Xəzə düşmüş yağ və tər ləkəsini naşatır spirti qatılmış duz məhlulu ilə də təmizləmək mümkündür. Bunun üçün 3 çay qaşığı xörək duzu yarım litr suya tökülür və üzərinə 1 çay qaşığı naşatır spirti əlavə edilir. Əski məhlula batırılır və yuxarıdakı üsulla xəz təmizlənir. Açıq havada quruduqdan sonra isə iri dişli daraqla daranır.
Böyük xəz paltoları azca isidilmiş ağac və ya un kəpəyi ilə təmizləmək mümkündür. Bunun üçün kəpək əvvəlcə benzində isladılır, sonra 1-2 ovuc götürülüb xəzin üstünə tökülür və xəzə sürtülür. Çox yağ ləkəsi olan hissələri bir-neçə dəfə sürtmək lazımdır. Ləkənin getdiyi hiss edildikdə xəz çırpılır, qurudulur və iri dişli daraqla dananır.
Ağac kəpəyindən istifadə edən zaman iynəyarpaqlı ağacların kəpəyindən istifadə eləmək olmaz. Çünki onun tərkibində qətran var.
Ağ tüklü xəzlər kartof nişastası ilə təmizlənir və çırpılıb daranır.
Xəzin tükünün parıltısı artsın deyə, onu sirkə batırılmış əski ilə silmək lazımdır.

immunitet.az

loading...

Məsləhət Görürük

sugar

Gün ərzində nə qədər şəkər qəbul etməli?

Gün ərzində nə qədər şəkər qəbul etməli? Gün ərzində istifadə etdiyimiz bir çox qidaların tərkibində …

Яндекс.Метрика

Designed by F.Aliyev