Qaynar Məqalələr

Kitab oxumağın 6 faydası

kitab

Kitab oxumağın 6 faydası.
1. Stress və depressiya əlamətlərini aradan qaldırır.
Aparılan araşdırmalar stresi azaltmaq üçün kitab oxumağın faydalı olduğunu təsdiqləyib. Öz dünyagörüşünü artırmaq və psixoloqların yazdıqları kitabları oxumaq isə depressiya əlamətlərini azaldır. Eyni zamanda kitabların insanın ruhunu qidalandırması da mütəxssislər tərəfindən xüsusilə qeyd edilir.
2. Darıxma hissini aradan qaldırır.
Çalışın daima yanınızda bir kitab gəzdirin. Darıxdığınız zaman onu oxumanız sizin narahatçılığınıza son qoyacaq. Kitab oxumaq insanı gündəlik qayğılardan azad edir, fikirlərini təzələyir.
3. Beyinə müsbət təsir edir.
Aparılan araşdırmalar kitab oxumağın insan beyninə müsbət təsir etdiyini təsdiqləyir. Belə ki, kitab oxumaq insanın zəkasını artırmaqla, onun dərrakəsini də yüksəldir.
4. Ünsiyyət qurmaq hissini artırır.
Kitab oxuyan adamlar ətrafdakılarla ünsiyyət qurma qabiliyyətinə malik olurlar. Onlar üçün ətrafdakılarla ünsiyyət qurmaq çətinlik törətmir.
5. Güclənmək duyğusu.
Kitab oxuyan adamlarda həyatlarındakı çətinliklərə qalib gəlmə gücü çox olur. Mütəxəssislər kitab oxuyanların həyatda yüksəlmə duyğularına malik olduğunu qeyd edirlər.
6. Gözəl nitq qabiliyyəti.
Çoxlu kitab oxuyan adamlarda gözəl nitq qabiliyyəti olur. Onlar öz fikirlərini asanlıqla qarşısında adama çatdıra bilirlər.

immunitet.az

loading...

Məsləhət Görürük

caverme

Aqoniya nədir

Aqoniya nədir? Canvermənin əlamətləri Aqoniya terminal fasilə ilə kliniki ölüm arasında olan mərhələdir. Aqoniya canvermədir. …

Яндекс.Метрика

Designed by F.Aliyev