Qaynar Məqalələr

Portağallı kişmişli keks

portgalli

Portağallı kişmişli keks
Lazım olanlar:
* 3 yumurta
* 1 stəkan şəkər tozu
* 1 stəkan duru yağ
* 1 portağalın suyu
* yarım stəkan kişmiş
* yarım stəkan üyüdülmüş qoz
* 1 rəndələnmiş portağalın qabığı
* 1 paket qabartma tozu
* 20 stəkan un.
Hazırlanması:
Yumurtalar və şəkər tozu dərin qabda köpüklənənə qədər çalınır, üzərinə duru yağ və portağal suyu əlavə edilir. Qarışıma qoz, kişmiş və rəndələnmiş portağal qabığı əlavə edilir, qarışdırılır. Sonda qabartma tozu və un əlavə edilərək həll olunur.
Qarışım yağlanmış qəlibə tökülür və əvvəlcədən 170* qızdırılmış sobada bişirilir. Keksin bişməsi diş çöpü vasitəsilə yoxlanılır, bişdikdən sonra sobadan çıxarılır.
Keks qəlibdən çıxarılır və soyuduqdan sonra üstünə şəkər pudrası səpilir.
Nuş olsun!

immunitet.az

loading...

Məsləhət Görürük

makarna

Sobada toyuqlu makaron

  Sobada toyuqlu makaron. Lazım olanlar: * 3 ədəd toyuq budu * 500 qram makaron …

Яндекс.Метрика

Designed by F.Aliyev