Qaynar Məqalələr

Sızanaqlara qarşı maska reseptləri

 

sizanaq

Sızanaqlara qarşı maska reseptləri
Sızanaqlar həm qadınlar, həm də kişilər üçün problem sayılır. Çoxları hətta dərisində olan sızanaqlardan utandığı üçün bayıra çıxdıqda ətrafdakılardan utanır. Sizə sızanaqların əmələ gəlmə səbəbləri və onların müalicəsi barədə bir neçə məsləhət vermək istəyirəm.
Sızanaqlar dəri altında olan piy və tük köklərinin iltihablaşmasıdır. İtihablı və iltihabsız olmaqla 2 cür sızanaqlara rast gəlmək olur.
Sızanaqlardan ev şəraitində xilas olmağın bir neçə üsulu:
Limon suyu maskası
Limon suyu maskası dəridə olan sızanaqların geri sorulmasına yardım edir. Limon suyunun tərkibində olan turşular dəridəki qara nöqtələrdən xilas olmaqda şox faydalıdır. Bunun üçün dəri əvvəlcədən ilıq su və sabunla yuyulub qurudulur. Yarım ədəd limon sıxılır və pambıq vasitəsilə üzə sürtülür. Limon suyunu üzə gecə sürtmək və səhərə kimi dəridə saxlamaq lazımdır. Limon suyundan istifadə edən zaman dərinizdə olan sızanaqları deşməyə çalışmayın. Bu maska həssas və quru dərisi olanlar üçün məsləhətli sayılmır. Maskanı həftədə 3 dəfə təkrarlamaq lazımdır. Dəridə yanma hissi çox olduqda maska həftədə 1 dəfə edilməlidir.
Gül suyu maskası.
* 100 ml gül suyu
* 2 xörək qaşığı bal
* 2 xörək qaşığı şəkər tozu
* 2 xörək qaşığı vitamin E.
Yuxarıdakılar qarışdırılır, pambıq vasitəsilə üzə sürtülür, 15 dəqiqə sonra yuyulur.
Bal və alma maskası.
* 1 ədəd alma
* 3-4 qaşıq bal.
Alma əzilir və bal qatılıb eyni kütlə halına gətirilir, dəriyə sürtülür. 20 dəqiqə sonra dəri ilıq su ilə yuyulur.

immunitet.az

loading...

Məsləhət Görürük

m%c9%99hsular

Məşhurların dəri gözəlliklərinin sirri

Məşhurların dəri gözəlliklərinin sirri. Aloe təbii müalicəvi dərman bitkilərindən hesab edilir. Bu bitki orqanizmə həm …

Яндекс.Метрика

Designed by F.Aliyev